Ernest Hemenquey: “…çöllərə, təbiətə üz tut.”

57 Baxış

ernestYazarlar üçün Ernest Heminqueydən səkkiz məsləhət
1. Qısa cümlələr yaz. Hər zaman yazıya qısa cümlə ilə başla. Dinamik bir dilin olsun. Pozitiv ol, neqativ olma.

2. İstifadə etdiyin dil yaşadığın zamana uyğun olmalıdır, yoxsa heç bir işə yaramaz.

3. Sifətləri həddindən artıq istifadə etməkdən çəkinin; xüsusilə də “möcüzə, böyük, möhtəşəm, inanılmaz” kimi ehtiyac duyulmayan sözlərdən qaçın.

4. Həqiqətən qabiliyyəti olan və söyləmək istədiyi şeylər haqqında səmimiyyətlə hiss etdiklərini yazan yazar  bu qaydaları tətbiq edərək, pis yaza bilməz.

5. Yaza bilmək üçün, mən ilk yazmağa başladığım otel otağındakı o köhnə tənhalığımı yadıma salıram. Sən də hər kəsə bir oteldə qaldığını de, amma həqiqətədə isə başqa bir oteldə qal. Harada qaldığını tapsalar çöllərə, təbiətə üz tut. Oranı da tapsalar gedəcək başqa bir yerin olsun həmişə. Bütün gün işlə, o qədər işlə ki, artıq bacaracağın son iş gündəlik qəzetləri oxumaq olsun. Sonra yemək ye, tennis oyna ya da heç bir şey etmə, yaxud yalnız bağırsaqlarını işlətməyə yarayacaq qədər yorulacağın bir işlə məşğul ol və sabahısı gün yenidən yazmağa başla.

6. Yazarlar tək başına işləmək məcburiyyətindədirlər. Yalnız sonda əsərlərini bitirib özlərini göstərməkləri lazımdır. Bundan tez olmaz. Yoxsa Nyu Yorklu yazarlara dönərlər. Bir şüşənin içində yaşayan soxulcanlar kimi, bir-biriləri ilə və şüşəylə olan əlaqələrindən qidalanmağa çalışarlar. O şüşənin bəzən artistik bir forması olar, bəzən iqtisadi, bəzən dini bir formaya bürünərlər. Bir dəfə şüşənin içinə düşdülərmi, artıq həmişə orada qalarlar. Özlərini şüşədən kənarda tək hiss edərlər. Özlərini tənha  hiss etməyi istəməzlər. İnandıqları şeylərdə tək olmaq onları qorxudar.

7. Bəzən yazmaq mənə çətin gələndə, ehtiyac duyduğum cəsarəti tapmaq üçün öz kitablarımı oxuyaram və o zaman onları  yazmağın da mənə çətin, hətta bəzən qeyri-mümkün gəldiyini xatırlayaram.

8. Bir yazar, əgər həqiqətən işə yarayan bir yazardırsa, uydurmaz. İcad edər ya da özü qurar; fərdi və ya fərdi olmayan məlumatlarından yola çıxaraq bunu bacarar.

Tərcümə edən: Cəlil Cavanşir

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10