“Əsgərə məktub” layihəsi kitab olacaq

7 Baxış

hg

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olanlardan biri də Vətən müharibəsi iştirakçısı, şair Emin Piridir.

Emin Pirinin sözlərinə görə, artıq layihənin icrasına başlanılıb. Bununla bağlı “Zəfər klubu” yaradılıb. Zəfər klubunun yaradılmasında məqsəd istedadlı, yaradıcılıq bacarığı olan şagirdlərin üzə çıxarılmasıdır.

Layihə çərçivəsində məktəblilərin Vətən müharibəsi zamanı cəbhəyə göndərdiyi məktublar toplanacaq. Eyni zamanda yaradıcı şagirdlərin Vətən Müharibəsi ilə əlaqədar olan hekayələri cəmiyyətə təqdim olunacaq.

Bu hekayə və məktublar layihə çərçivəsində müəllifin müharibə gündəliyi ilə birgə kitab halında nəşr olunacaq.

Cavid PİRİ

Bölmə : Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10