Etinasızlıq dövrü

39 Baxış

milan kundera

Milan Kundera 1990-cu ildən ikinci vətəni saydığı Fransada yaşıyır və fransız dilində yazır. Ancaq o, sanki fransız oxucusundan intiqam almaq istəyir. Buna görə də əsərlərinin bu dildə yayımlanmasına gec icazə verir.

“Bilməmək” romanı əvvəlcə İspaniyada və Türkiyədə nəşr edilmiş, üç il sonra isə orijinal dildə satışa çıxarılmışdı. Son romanı “Etinasızlığın festivalı”nda da eyni hal təkrarlandı. 2013-cü ildə kitab italyan dilinə tərcümə olundu və yayımlandı. Bir il sonra isə Fransızca oxucuları üçün çap edildi. Yazıçının bu addımı uzun müddətdir ki, müzakirə olunur. Bununla bağlı müxtəlif fikirlər səsləndirilib. Mən “intiqam” deyirəm, əlbəttəki bu bir zarafatdır. Amma bu zarafatın arxasında bir az da olsa, həqiqət payı var.

Fransa mətbuatının bir qismi Kunderanı müasirləri içində Fransanın ən yaxşı yazıçısı hesab edir. Ancaq daha böyük bir qismi isə onun fransızcasının zəif olduğunu deyərək tənqid edir. Bir neçə il əvvəl tənqidçilərdən birinin səsləndirdiyi “çox yaxşı bir çex yazarı idi. Adi bir fransız yazıçısına çevrildi” fikirləri böyük qalmaqala səbəb olmuşdu. Məncə isə nəinki müasir dövrün ən yaxşı fransız yazıçısı, hətta dünyanın ən yaxşı yazıçılarından biri Milan Kunderadır. Onsuz da Kunderanın problemi dini yox, fikridir. Bunu bilməmək, oxucunu onun əsərlərindən uzaqlaşdırar.

Romanı oxuyarkən “etinasızlıq” sözünün məndə nə ilə assosasiya olunduğunu düşündüm. O dəqiqə də, gözümün qabağına liseydəki bəzi sinif yoldaşlarım gəldi. Bizim siniftə bu tiplərdən bir neçəsi var idi. Nə siyasi, nə də qan qaraldan mövzulara maraqları yox idi. Hərkəs onlardakı biveçliyə həsəd aparırdı. Elə bil ki, deyilənlərə heç vaxt qulaq asmırdılar. Sözlər onlardan kənara düşər, fikirləri tamamilə başqa yerdə olardı. Amma o yerin hara olduğunu bilməzdik. Əlçatmaz görünmək üçün lovğa olmaq lazımdır. İndi fikirləşirəm ki, onları ən yaxşı “etinasız” sözü izah edir.

Kundera da bu tip bir etinasızlıqdan bəhs edir. Bəşəriyyətin çəkdiyi ağrılara qarşı etinasız bir nəsil yetişir. Romanın birinci hissəsində orta yaşlı bir adam Parisdə parkda gəzərkən ətrafındakı göbəyi açıq qadınları görüb, öz-özünə belə bir sual verir: “Qadının cazibəsini, bədəninin ortasındakı dəlikdə – göbəkdə görən bir kişinin erotizm anlayışını necə izah etmək olar? Keçmişdə qadının cazibə mərkəzi məmələri və budları hesab olunurdu. O. bunların nə mənaya gəldiklərini izah etdikdən sonra maraqlı bir nəticə əldə edir. Ancaq müəllif sualı romanın son bölümündə cavablayır. Məmələr hər qadında fərqlidir. Ancaq göbək dəliyi hər qadında eynidir. Qadının fərqliliyini ortaya qoymaz. Bu da bir etinasızlıq nümunəsidir.

Bu nöqtədə biraz dayanıb, Kunderanın apardığı bu mövzuya başqa bir tərəfdən baxaq. Görəsən yazar qocalan kişinin qadının cazibəsinə qarşı etinasızlığındanmı bəhs edir?  “Etinasızlığın festivalı”nın qəhrəmanları orta yaş dövrünü keçmiş dörd kişidir. Vaxtilə şorgözlükləri ilə ad çıxarmış bu dörd nəfəri indi qocalıqla  birlikdə etinasızlıq da öz ağuşuna alır.

etinaBuradan davam etsək, “görəsən yazıçı, qadının cazibəsini itirməyini qocalan kişinin arzularının yox olmağı ilə əlaqələndirir?” sualını verərik. Yoxsa, daha da geniş baxıb, qocalığın bir növ etinasızlıq gətirdiyinimi göstərmək istəyir?

“Etinaslığın festivalı”nı bəzi tənqidçilər post-skriptium ya da bir roman xülasəsi olaraq göstərirlər. Çünki əsərdə konkret bir mövzu, yaxud da bellestrik elementlər yoxdur. Amma bütün mözvunu eyni nöqtədə cəmləyən etinasızlıq məhfumudur. Belə bir nəticəyə gələ bilərik ki, qadını azad qılan şey etinasızlığıdır. Məsələn, əsərdəki qadın obrazı La Frankın etinasızlığı kişilərə qarşıdır. Çox sevdiyi ərini itirdiyi üçün başqa kişilərə qarşı etinasızdır.  Digər tərəfdən də Alayn özündən gənc, iyirmi yaşlı bir qadınla birlikdədir. Kundera burada bir-birinin dünyasına yad iki insanın münasibətlərindən bəhs edir.

Onların yaşadıqları sadəcə olaraq iki monoloqdan ibarət bir münasibətdir. Digər etinasızlıq tərifini Alayn anasından bəhs etdiyi sətirlərdə tapırıq.

Öz uşağını atıb ABŞ-a köçən və oğlu on yaşında olanda görən ana ilə bağlı hissədə mövzu yenə də göbəyə gəlib çıxır. Çünki ana ilə uşağın bağlantısı göbək dəliyidir. Uşaqda doğuşun buraxdığı izdir. Etinasızlıq qadını kişilərdən qopara bildiyi kimi, uşağın məsuliyyətindən də azad edə bilir.

İndi gələk romanın əsas mövzusuna. Kitabı oxumayanlar üçün bu “spoiler” ola bilər.

Əsərdəki obrazlardan biri “Təkcə yorğunluk və bezginlik hiss edirəm” deyə bir açıqlama verdikdən sonra Kundera bu yorğunluğu dövrümüzə yayır. Hazırda insan dünyanı dəyişdirə bilməyəcəyini, bu gücə sahib olmadığını anlayıb. Bu vəziyyətdə tək çıxış yolu, dünyanı ciddiyə almamaqdır. Biveclik ən yaxşı qoruyucumuz ola bilər. Sanki dünyaya qarşı mübarizə apara bilməyin gücünü ancaq bu hisslə tapa bilərik. Bu nöqtədə Hegeli yada salır və həqiqi satiranın sonsuz biveclikdən ayrı düşünməyin mümkün olmadığını  deyir.

Yazıçılar dövrünün kahinləridir. Kundera da fərd olaraq məsuliyyətindən yaxa qurtarmağın ən yaxşı yolunun etinasızlıq olduğu fikrini irəli sürür. Bəzən bu özünü ən sadə formada yolda gördüyün tanışına salam vermək məcburiyyətində hissetməməkdə, bəzən də fərd olaraq bütün məsuliyyətimizdən azad olmaqda göstərir. Kundera romanında fərdiliyin bir illuziya olduğu deyir. Dövrümüzün ən böyük lənətlərindən biri olan təkformalıq, fərdiliyi yox edən əsas ünsürdür. Bunun üçün də qadının göbəyini simvol olaraq seçir. Bu həm də onun bütün şəxsiyyətini itirməyinin simvoludur.

 

Asuman Kafaoğlu-Büke

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10