Etnik antropologiyanın mahiyyəti və Azərbaycan tarixində rolu

438 Baxış

2014-04-11-0192_edited_editedEtnik antropologiya müəyyən bir etnosun, millətin və xalqın  morfoloji və antroprmetrik ölçülərini öyrənərək həmin qrupun həm fiziologiyası həmdə etnik mənşəyi haqda təsəvvürə malik olmaqda yardımçı olan antropologiyanın bir sahəsidir. Antropologiyada bəzən irqşünaslıq kimi də işlənən bu ifadəyə rus-sovet antropologiyasında daha çox rast gəlmək mümkün idi. Avropa və Amerikada isə etnik antropologiya müasir dövrdə bir mənalı qəbul olunmur. Baxmayaraq ki, Avropanın və Amerikanın nüfuzlu universitetlərində bu sahə ilə bağlı təhsil verilir. Məsələn: Harvard, Oksford və s. Sual yaranır niyə Avropa və Amerika bu sahəni qaranlıq zirzəmiyə atılmış lakin bir o qədər vacib sənəd kimi ortaya çıxarmır ? Əldə olunan tədqiqatları niyə dünya ictimaiyyətinə çatdırmır ? Doğrudur az-çox bəzən məlumatlar olur. Lakin daha çox sosial və mədəni antropologiyaya üstünlük verən Avropa öz aləmində sanki insanların mədəniyyətlərini və sosial həyatını öyrənməklə onlar arasında fərqləri aradan qaldıran humanist insan və ya mələk cildinə girmiş şeytan kimi hərəkət edir.. Məlumdur ki, 3 böyük irq var və bu irqlər bölgəyə görə kiçik qruplara bölünür. Etnik antropologiya da bu fərqli irqlərin və tiplərin yayılma arealı, fərqli iki tip arasında qohumluq əlaqələrinin ölçülməsi və s kimi məsələləri təhlil edir. Avropanın etnik antropologiya çəpəki baxmasının səbəbi, onun əsasını təşkil edən ən qədim dövrdən Avropada məskunlaşan əhalinin əsas qismini bəlkədə hamısını vaxtilə Azərbaycan – Qafqazdan köç etmiş insan qrupu təşkil etməsidir. Nə qədər pafoslu görünsədə bu reallıqdır. Bu fikri 1930-40-cı illərdə Harvard Univeritetində Antropologiya üzrə professor olan, həm öz dövrünün həmdə müasir dövr antropoloqlarının ən çox istinad etdiyi Stivin Karelton Kunda etiraf edir: Avropanı öyrənməyə Ön Asiya və Qafqazın qovşağından başladım. Çünki istər alman, istər fransız, istər italyan , istərsədə ispan olsun bilməlidir ki, onun kökləri bir zamanlar Qafqaz sıra dağlarından başlanğıc götürmüş, yerləşə-yerləşə Avropanın şimalına qədər – Skandinaviyaya getmişdir. Siz dünyanın mərkəzini axtarırsınızsa, onu sizdən öncə, hələ qədim dövrlərdə iskit, hun, sarmat, ari tayafaları artıq tapmışdılar. Onlar gözəl bilirdilər ki, dünyanın mərkəzinə sahib olmaq dünyaya sahib olmaq deməkdir. Ona görə də əlinə qılınc – qalxan alan ilk öncə Qafqaza, Kaspi dənizi sahillərinə üz tuturdu. Qeyd olunanlar açıq aydın göstərir ki, Avropa ya öz köklərini qəbul etmək istəmir, etsə bu zaman o, etnik cəhətdən də olsa bir addım geri düşə bilər, baxmayaraq ki, güclü inkişaf edib, ya da Qafqaza- Azərbaycana bütün bunları bildiklərinə görə özləri sahib olmaq istəyir. Axı dünyanın mərkəzinə sahib olmaq dünyaya sahib olmaq deməkdir. Ola bilərki , oxucular da belə bir təsəvvür yaransın : biz sahibik nə əldə etmişik?” cavab verirəm: siz yalnız onun 10-15%-inə sahibsiniz, buna görə hələdə ayaqdasınız, hələdə azda olsa dünyaya özünüzü tanıddıra bilirsiniz, bizdə varıq deyə bilirsinz. Birdə çox demirəm 50 % – ini düşünün. Bütün bunlara görə bu gün Avropa bütün dünyaya haray edir ki, ay amandır, etnik antropologiya ilə məşğul olmayın. Məsələn Türkiyə bu haraya çox rahat reaksiya verdi. Lakin Çində bu günün özündə də antropoloji araşdırmalar ciddi şəkildə gedir. Çünki Çin üçün Avropa qorxu mənbəyi deyil , o Avropanı sarsıda biləcək qüvvədən – Qafqazdan istifadə edə biləcəyini bilir. Bəli, əmin olun heç bir şeydən xəbəri olmayan və ya olduğunu sanıb, siyasəti, iqtisadiyyatı qurdalayan tək bizik. Axı biz öz tariximizi, etnik kimliyimizi, milli məfkurəmizi bir kənara qoyub, mütəxəssis olmasaq belə, əlaqəmiz olmasa belə özümüz siyasətçi, iqtisadçı kimi hər problemi həll etməyə çalışırq. Biz yalnız aysberqin suyun üzündəki tərəfini görüb, gəmini 90 dərəcə sağa yada sola çevirmək istəyirik. Bilmirik ki, hər iki halda, suyun altındakı hissə bizim sonumuz olacaq.

anth22Etnik antropologiya ilə məşğul olan antropoloqa sadəcə olaraq Antropoloq və İrqşünas deyirlər. Avropanın təsirinə düşüb, “baş ölçən”, “kafatasıcılıq”, “etnik milliyətçi”, “irqçi”, “Hitlerin davamçısı” kimi ifadələr işlətmək düzgün deyil. İlk öncə ona görə ki, etnik antropologiyada təkcə baş ölçməklə nəsə öyrənmək bilmək olardısa onda heç dərdimiz də olmazdı. Etnik Antropologiyada insan morfologiyası və antropometriyası öyrənilir.Bura isə təkcə baş ölçmək aid deyil Bura dəri, saç və gözlərin rəngi, boyun uzunluğu çəki, sifətin uzunluğu, eni, sifət göstəricisi, burunun eni, uzuluğu, burun göstəricisi, burunun sifətlə əmələ gətirdiyi bucağın dərəcəsi, burunun başlanğıc sümüyündən qığırdağa qədər olan məsafəsi və forması, donqarlıq, burun sümüklərin kobud və ya incə olması, burun pərlənin forması, onların ölçüsü, burunla dodaq arasında məsafə, dodaqların ölçüsü, forması, qalınlığı, nazikliyi, yanlara doğru genəlməsi və s. Bunun sonunu gətirmək üçün gərək ən azı 2-3 vərəqlik sırf buna aid başqa bir yazı yazım Amma mən əminəm ki, mənim xalqım cahil deyil, hər şeyi başqa xalqlardan daha tez anlayır və analiz edə bilirlər. Analiz demişkən, etnik antropologiyada bütün bunlar öyrənildikdən sora bir kənara qoyulmur ki, üstünü toz bürüsün. Məsələn: Azərbaycan xalqının etnik antropologiyasını öyrənməklə onun etnogenezində hansı etnosların hansı dərəcədə rol oyanadığı və ya qədim dövrdə mövcud olan və Qafqaza köç etmiş və ya burada yaşamış etnosların etnik antropologiyası ilə tanış olmaqla biz həmdə bizim etnogenezimizdə kimlərin iştirak edtiyini öyrənə bilərik. “Türklər kimdir və kimlərdən ibarətdir” adlı məqaləmin bütün hissələrində yazdıqlarımdan aydın olur ki, iskitlər yerli xalqdan fərqlənmirmiş, heç onlar Orta Asiyadan belə gəlməmişlər, ilkin vətənləri elə Azərbaycan olmuşdur. Bu etnik antropologiyanın siz Azərbaycanlıların qarşısına qoyduğu faktdır. Bununla fəxr etməyə dəyər əlbətdə, çünki adı tarixdən heç vaxt silinməmiş iskitlərin Azərbaycan kökənli olduğunu öyrənmək həm qürur vericidir həmdə bu günə qədər bizə “siz bura gəlməsiniz, siz əslən iran kökənlisiniz, sizi türkləşdirən oğuz-səlcuq qrupu olub”və s. bu kimi ifadələrlə təhqir edənlərin hamsının sadəcə bir yalandan ibarət olduğunu öyrənmiş olduq. Etnik Antropologiya bizə “siz 6 min ildir burdasınız” dedi. Amma sırf buna qarşı Avropada “iran nəzəriyyəsi”, “ari nəzəriyyəsi” qoyulur deyə, Avropa sənə bunu deməyə qadağan edir deyə susmaq doğru olmaz. Çünki bu bizə, 6 minillik tarixə malik bir xalqa-millətə təhqirdir.  Hər dəfə Avropanın adını qeyd edirəm amma bu o demək deyil ki, rus-sovet ideologiyası Azərbaycana Tanrının övladları kimi baxırdı. 70-80-cı illərdə sırf ideologiyalarına görə bizi iran kökənli, iskitləri isə monqoloid kökənli etmişdilər. Hələ mən Albanların, Xəzərlərin adını çəkmirəm. Baxmayaraq ki, xəzərlər bu gün ki Azərbaycan əhalisindən sadəcə olaraq özlərinə Xəzər deməklə fərqlənirdilər. Başqa heç bir fərqləri yoxdur. Bunu etnik antropologiya sübut etdi. “Xəzər türklərinin etnik antropologiyası” adlı məqaləmdə bu barədə geniş yazmışam. Sizə nələrsə öyrətməyə çalışdı etnik antropologiya, sizə kim olduğunuzu xatırlatmağa çalışdı bu sahə. Ağıllarda əminəm ki, belə bir sual yaranır irq insanlar arasında fərqlilik deyilki? İndi mən sizə sual verim: 3-5 irq var, yüzlərcə mədəniyyət. Mədəniyyətləri ayrı-ayrı öyrənib, onun birini digərinə qarşı qoymaq fərqlilikdir yoxsa iki irqi tipdən olanların bir zamanlar qohum etnosdan törəməsi faktı?! Kimə nə sərf edir, ondan istifadə edir. Vahid Avropa mədəniyyəti var, Avropa üçün bir problem yoxdur. O gəlir Azərbaycana, şimalla cənub arasındakı mədəni fərqləri tapır və ortaya öz aləmincə fakt qoyur: Azərbaycan mədəniyyəti mədəni miksasiyalar nəticəsində yaranıb. Və fərqlərdə bunlardır və s. Sonra mədəni qarşıdırma, dini qarşıdurma, etnik qarşıdurma və bu qədər. Əslində sosial və mədəni antopologiya çox gözəl və yararlı bir sahədir. Bizdə bu sahə üzrə mütəxəssis olmadığı üçün, dünyaya səsimizi çatdıra bilmirik, bu ölkə mədəni miksasiya deyil, bu ölkə tolerant və zəngin mədəniyyətə sahib ölkədir. Ümumilikdə isə Antropologiyanın hansı sahəsi olursa olsun, bir ölkədə mütəxəssis olmadığı müddətcə o ölkəyə qarşı hər cür yolla bir problem yaradacaqlar. Söhbət antropologiya olduğu üçün antropologiyanı qeyd etdim əslində bu bütün sahərə aiddir.

Etnik antropologiya kimin türk, kim qeyri-türk olduğunu araşdırmaq üçün öyrənilmir. Etnik antropologiya yalan fakta qarşı real faktı qoymaq üçün öyrənilir. Etnik Antropologiya bu ölkənin Türk dünyasının əslində sadə dillə desək ağsaqqal babası olduğunu dediyi halda, biz hələdə rus-avropa nəzəriyyələrinə uyaraq ilk türkləri Orta Asiyada axtarırıq.

Bu ölkədə bəlkədə ən yalnış seçim insanların bir-birlərinin işlərinə hörmət qoymamasıdır. Qoyması bir kənara təhqir etməsidir.  Sual olunur, əgər əsl tarix yazılı mənbələr və alternativ mənbələrin cəmindən ortaya çıxırsa, niyə Azərbaycan tarixi yalnız mənbələrə əsaslanaraq , öyrənilməlidir? Və ya niyə təkcə arxeologiya, numizmatika və s. dar sahələrin əsasında dövr müəyyənləşməlidir? Azərbaycanın qədim dövr tarixi bir kənara, qədim dövr etnik kimliyi niyə yalnız mədəni abidələr və mənbələr əsasında öyrənilməlidir ? Cavabını mən verməyəcəm, çünki hər kəs cavablarını bilir. Bildiyiniz bir sualın cavabı varsa o zaman, sırf şəxsi mənafeləriniz və ya məşhurluğunuz üçün deyil, Azərbaycan üçün, bu xalq , bu millət üçün birlikdə çalışaq, birlikdə öyrənək, birlikdə öyrədək. Etnik antropologiya bu gün sizin əlinizdə olan mənbələrəki səhvləri ortaya çıxardır. Düşünün, bir tarixçi başqa bir tayfa haqqında məlumat verir. Əlbətdəki xarici görünüşünü nəzərdə tuturam. Sual olunur: bu mənbənin subyektiv olma ehtimalı nə qədərdir ? Əlbətədki çoxdur nəinki az. Etnik atropologiya mənbəni yazanıda, mənbənin məlumat verdiyi tayfanıda, o dövr üçün miqrasiyaları da, miqrasiyalar nəticəsində yaranan populyasiyaları da öyrənir. Etnik antropologiya Dzirav yada Xalxal döyüşü nə vaxt olub öyrənmir. Etnik antropologiya mənbələrin dediyi kimi iskitlərin əslində yastı burun deyil, dik və uzun burunlu toplum olduğunu sümük analizləri nəticəsində öyrənir. Sözsüzki hər bir sahədə olduğu kimi etnik antropologiyada yalnız bir tədqiqatçının tədqiqatlarına əsaslanaraq nəticə çıxarmaq düzgün deyil. Müəyyən bir ərazidə araşdırma etmiş onlarca antropoloqun, həmin antropoqların fikrini müzakirə etmiş başqa tədqiqatçıların ümumi fikrinə əsaslanmaq lazımdır.

Yalnız mənbələrə əsaslanaraq dövrün etnik mənzərəsini vermək olmaz. Etnik antropologiya da lazımdır. Və etnik antropologiya vaxt keçirmək və əyləncə deyil, akademik yolla, sübutlara, faktlara dayanaraq, etnos və millət haqqında təsəvvür yaratmaqdır. Ümid edirəm doğru şəkildə siz oxuyuculara fikirlərii çatdıra bildim.

Zamin Qafar Adnalı

 

Bölmə : Tarix
KÖŞƏ YAZARLARI
TOP 10