“Ey gənclik, sənin öhdəndə böyük bir vəzifə var…” – Məhəmməd Əmin Rəsulzadə

190 Baxış

167197_1859190044228_1375202936_2116549_282361_n

Ey gənclik, sənin öhdəndə böyük bir vəzifə var. Səndən öncəki nəsil yoxdan bir bayraq,müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki : BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycantürklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda ya QAZİ və ya ŞƏHİD olacaqsan!

Bu sözlər Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur.

Təsadüfü deyil ki, bu fikirlərin müəllifi gənclik çağlarından  öz  vətəni, milləti üçün misilsiz xidmətlər göstərmiş, yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratmışdır. Bunun nəticəsidir ki, biz onun həyat və yaradıcılığına nəzər salarkən əsl gənclik nümunəsinin necə olması fikirini dərk edir, cəmiyyət üçün, xalq üçün faydalı olmağın vacibliyini anlamış oluruq.

Hal-hazırda mənim əsas məqsədim Rəsulzadə irsini incələmək, öndərimizə olan şəxsi rəğbətimi sizlərin diqqətinə çatdırmaq deyil. O zatən əbədiyyən mənim düşüncələrimdə xüsusi yeri olan, əvəzedilməz bir şəxs kimi dərin izlər buraxıb və onun ideologiyasına ömrümün sonuna qədər sadiq qalacam.

Məni düşündürən, təəssüfləndirən əsas məsələ bir sıra Azərbaycan gəncinin cəmiyyətdə baş verən proseslərə seyirci mövqe sərgiləməsi, vətəninin, millətinin gələcəyinin məhv edilməsinə biganə münasibətidir. Ən çox məni sarsıdan, üzən isə bu kateqoriyadan olan gənclərin  məhz mənim dostluğumda da yer almasıdır. Bu şəxslər kifayət qədər elmi biliyə, təhsilə, savada, insani keyfiyyətlərə malik olmalarına baxmayaraq öz şəxsi işlərinə daha çox üstünlük verir, cəmiyyətdə baş verən haqsızlığa, özbaşınalığa, ədalətsizliyə seyirci mövqe sərgiləyirlər. Onların bu davranışları məni üzsə belə şəxsi münasibətlərimizin yüksək səviyyədə olması münasibətlərimizə xələl gəlməsinə imkan vermir. Mən ancaq əminəm ki, vaxt gələcək onlar bu davranışlarına görə peşman olacaq, utanacaqlar. Lakin sonrakı peşmançılıq fayda vermir. Ən azından onların bir qisminə müraciət edərək bildirmək istəyirəm ki, bu anormal cəmiyyətin dəyişməsinə, inkişafına xüsusi bir töhvə verməsəniz də heç olmasa bu istiqamətdə çalışan şəxslərin əməyini, mübarizəsini yüksək qiymətləndirin. Müəyyən məsələlərdə onlara kömək olun. Bizim apardığımız mübarizəni özünüzə örnək hesab etməsəniz də yuxarıda qeyd etdiyim, hər biriniz tərəfindən qəbul olunan lider, şəxsiyyətinə hörmət etdiyiniz Məhəmməd Əmin Rəsulzadənin gəncliyə xitabından nəticə çıxarın. Nə qədər gec deyil proseslərə qoşulun, mübarizə aparın, övladlarınızın gələcəyini düşünün, tarixi yazanlardan olun!

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10