Ey qoca qurd!!!

439 Baxış

zaur ustac Zaur Ustac

 

 

Gəzdim

 

Gəzdim, qarış-qarış VƏTƏN TORPAĞIN,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!

 

Gəzdim, yorulmadan dağı, dərəni,
Seyr etdim, ən ucqar çölü, çəməni;
- Ruha bir nəğmədir, boranı, çəni,
Çox bulaq başında üzüm var mənim!

 

Gəzdim, bu TORPAĞI, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

 

 

Ey qoca qurd!!!

Ey Qoca Qurd, çaqqalların ulamağı boşa deyil,
Qızıl qanlı boz pəncəni yalamağa tələsirlər!!!!
Kaftarların umacağı sür-sümükdən artıq deyil,
Üzdə hürüb, sürüsündən ayrı düşcək tir-tir əsər!!!!

 

Çaqqalların adı çaqqal, tulaların adı tula….
Səndən olub, atam Qurddu deyənlərə nə deyəsən????
Üzü dönük, səndən olan bizdən deyil onu tulla!!!!
Unut getsin, boz dünyanın boz üzünü çox görmüsən….

 

Üzdən sənə oxşasa da, yerişini yerisə də
Hərdən Qurda girişsə də, köpəyə köpək deyərlər!!!!
Lap ağaca dırmansa da, köpək oğlu köpəkdir də
Aqillər də yaxşı deyib: – “itlər hürər, karvan keçər”!!!!

 

Ey Qoca Qurd , karvanının yolun üstdə duranların,
Heç biri yox – adı itib, qalmayıbdı izi-tozu….
Keçidlərdə, pusu qurub, tülkü kimi yatanların,
Hiylələri boşa çıxıb, oyulubdu tülkü gözü!!!!

 

Ey Qoca Qurd, mənzilini düz seçmisən – duruş gətir….
Gecə sirdaşın Ay, Ulduz, gündüz pənahın Günəşdi….
Nələr gördün bu dünyada, bunlar da sənə vız gəlir….
Ürəyin saf ırmak suyu, ruhun sönməz bir atəşdi!!!!

 

 

Bilirəm

Bilirəm qəlbində yuva qurmuşam,
Bəlkə də sinənə yara vurmuşam,
Bilmirəm heç yönü hara durmuşam,
Səni görən gündən qibləm itibdi….

 

* * *
Verdiyin salamı ala bilmədim,
Dedn qal yanımda, qala bilmədim,
Sənin istədiyin ola bilmədim,
Gərək əfv edəsən, səriştəm kəmdi ..

 

* * *
Ustacın ürəyi yuxadan yuxa,
Nə vara inanır, nə də ki, yoxa,
Tutuşub fələklə kim yıxa, yıxa,
Sən qahmar durmasan inan ki, təkdi….

 

 

 

 

 

 

 

Bölmə : Poeziya