Ey səba bədəndən çıxanda ruhum, Car çəkib aləmə qiraət eylə..

59 Baxış

 

so

Ülvi Bəhmənli

Ey səba bədəndən çıxanda ruhum,

Car çəkib aləmə qiraət eylə.

Sağıykən görmədim daşı, torpağı

Barı ruhumla sən ziyarət eylə.

 

Ordakı hər addım qayanın səsi,

Verər şəhadəti tariximizdən.

Vəhşilər dağ çəkir, dağsız olana,

Bizim dağlarımız daxilimizdən.

 

Gedib gəzərsiniz Qarabağımı,

Orda bəylər yatir, orda xan yatıb.

Birdə oyadarsız, xanın ruhunu,

Deyərsiz, segahın məqamı çatıb.

Bölmə : Poeziya, Ədəbiyyat