“Eynəli bəy Sultanov və folklor” adlı monoqrafiyası işıq üzü görüb

20 Baxış

kitab

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı-alim Elxan Yurdoğlunun “Eynəli bəy Sultanov və folklor” adlı monoqrafiyası işıq üzü görüb.

Senet.az xəbər verir ki, monoqrafiyada yer almış 3 fəsildə “Eynəli bəy Sultanov və onun folklorşünaslıq görüşləri”, “Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşrində Eynəli bəy Sultanovun rolu”, “Eynəli bəy Sultanov yaradıcılığında folklor ənənəsi”mövzuları araşdırılıb.

Bundan başqa monoqrafiyada Eynəli bəy Sultanovun tərcümeyi-halı, təhsil illəri, o cümlədən Eynəli bəy Sultanovun folklorşünaslıq fəaliyyətini tədqiq edən alimlərin araşdırmaları dolğun şəkildə təhlil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də ədəbiyyatımızın, mədəniyyətimizin, ümumilikdə, ictimai fikir tariximizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir. Sərəncama əsasən MR-da görkəmli maarifpərvərin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif tədbirlər, elmi konfranslar keçirilmiş, Naxçıvan Televiziyasında “Onun həyat amalı” adlı sənədli televiziya filmi çəkilmişdir.

Qeyd edək ki, “Əcəmi” nəşriyyatında çapdan çıxan monoqrafiyanın elmi redaktoru və ön söz müəllifi akademik İsa Həbibbəylidir.

KÖŞƏ YAZARLARI
TOP 10