Eynşteynin beyni muzeydə nümayiş etdirildi

4 Baxış

beyin

Dünyanın ən ağıllı insanlarından sayılan Albert Eynşteynin illərdir saxlanılan beyninin hissələri sərgiyə çıxarılıb.

Eynşteyn 1955-ci ildə ölümündən əvvəl vəsiyyətində heç kim sümüklərini tapmasın deyə cəsədinin yandırılmasını istəyib. Onun vəsiyyəti yerinə yetirilərək külləri ABŞ-ın Delavare çayına tökülmüşdü. Ancaq daha sonra Eynşteynin yandırılan bədənində beyninin və gözlərinin olmadığı məlum olmuşdu. Pataloq Tomas Harvey, onun meyidinə baxmaq adı ilə Prinseton Universitetinin Xəstəxanasında gizlincə girmiş, Eynşteynin beynini götürmüş və onu 46 hissəyə ayırmışdı. O, bu hissələrdən bəzilərini 2011-ci ildə Filadelfiyadakı Matter muzeyinə bağışlamışdı.

Eynşteynin illərdir gizlədilən beyninin parçacıqları Matter muzeyində sərgilənməyə başlayıb. Bu sərgi tamaşaçılaırn böyük marağına səbəb olub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10