Eynşteynin məktubu 2,9 milyona satıldı

0 Baxış

hg

 

ABŞ-da alim Albert Eynşteyn tərəfindən yazılan məktub 1,2 milyon dollara satılıb.

525.az xəbər verir ki, məktubu satan RR auksion evi tərəfindən verilən açıqlamada, Eynşteynin dünyanın ən məşhur bərabərliyi olan “E = mc²”düsturunu ehtiva etdiyi məktubun gözlənildiyindən 3 qat daha yüksək bir qiymətə satıldığını bildirilib.

Məhşur fizikin 26 oktyabr 1946-cı il tarixində polyak əsilli amerikalı fizik Lüdvik Silberşteynə göndərdiyi məktubun xüsusi kolleksiyanın yeganə nümunəsi olduğu qeyd edilib.

Qeyd edək ki, ilk dəfə 1905-ci ildə elmi bir jurnalda dərc olunan və fizikadakı kütlə-enerji ekvivalentliyini izah edən “E = mc²” bərabərliyi, müasir fizikanın əsas konsepsiyası olaraq qəbul edilir.

Bölmə : Elm
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10