Fəlsəfə ədəbiyyatdan ayrılmalıdırmı? – Kamyunun düşüncələri haqqında esse

44 Baxış

ciddi

Niyə hələ də bir fəlsəfi sətirdən (Aristotel, Kant, Marks…) təsirlənirik?

Fəlsəfi sətirlərin münasibətləri həll etmə forması bizə təsir göstərir. Bu sətirlərin mövcud mədəni quruluşla çox gərgin münasibətləri var. Mədəniyyət müəyyən məqamdan sonra bizi məhdudlaşdırmağa başlayır, gərginlik də buradan yaranır. Ədəbiyyat obraz, fəlsəfə isə anlayış istehsal edir. Hər ikisində mövcud kodları sökmək, tənqidi yanaşma ilə bağlı sərhədləri genişləndirmək istəyi var. H.Hessedə tənhalıq, F.Kafkada isə bürokratiyanın dərinliyi və sərhədləri oxucunu təəccübləndirir. Bədii obrazlara ölçü vermək üçün fəlsəfə çox işimizə yarayır. Albert Kamyunun “Sizif haqqında mif” müəllifin əsas problemi olan uyuşmazlıq, intihar kimi alternativlərdən təkcə biridir, əslində intiharı elə də ciddiyə almır. P.Osterin “Cibi cırıq” və Q.Q.Markesin avtobioqrafik mətnlərində dönüş nöqtələri çox vacibdir.

Baş verənləri heç cür tam olaraq açıqlaya bilmirik. Hələ də anlaşılmayan məqamlar, qeyri-müəyyənliklər var. Dünyanı tam olaraq tanımır, potensialımızsa yetərsizdi, onu idarə edə bilmirik, buna görə də uyuşmazlıq davam edir. Tanıdığımı hesab etdiyim bir dünyada yaşayıram, amma heç cür ona hakim ola bilmirəm. Mənanı mən yaradıram, tanrını da. Kamyunun istədiyi vəziyyəti dəqiqləşdirməkdi. Ekzistensialist fəlsəfə ateizmə aparıb çıxarır.

İndi uyuşmazlığın gətirdiyi absurd hissinin əsas mənbələri bunlardı:

1. Monotonluq:

Davamlılıq bezginliyi yaradır, uyuşmazlığa səbəb olur. “Neynirəm axı mən?” sualını meydana çıxarır. Bu, ümumi bioloji, fizioloji ehtiyaclardan yaranan bezginlik deyil. Ehtiyacları müəyyən saatlarda görmək uyğunsuzluğu yaradır.

2. Vaxt:

Vaxt dayanmadan axıb gedir, planlar durmadan irəliyə, qeyri-müəyyən bir vaxta saxlanılır.

3. Təbiətə yadlaşmaq:

Daş olmağın nə olduğunu bilə, anlaya bilmərik.

Loqos (elm) kainatda var, öyrənmək potensialı da məndə. (Aristotel)

Əşyanın mənə göründüyü qədərini bilərəm. (“Fenomenologiya”, Husserl)

Şüşənin özünü, şüşəliyini bilə bilmərəm. (“Numenlər”, Leybniz)

4. Başqasının yadlığı:

Aşiq olduğumuz kişini və yaxud qadını bir müddət sonra tanımırıq. O, dəyişir, mən dəyişirəm, dünya da dəyişir. Sinxor olmaya bilərik. “Artıq səni tanıya bilmirəm” deyə bilərik ona.

5. Ölümün varlığı:

Hekayənin sonudur. Absurdun içində vurnuxduğunu başa düşürsən. Ölümü təcrübəyə çevirə bilməzsən. Faciəvi vəziyyətdir, edə biləcəyin heç nə yoxdur.

Absurd hissiyyatı deyəndə, “ölüm”, mənasız yerə yaranan “neynirəm mən?” hissi, bəzi şeyləri bilmədiyimizi nəzərdə tuturuq, vəziyyətin adını qoyuruq. Fərqində olmaq, yadlaşdırmaq, bax, Kamyu bu vəziyyəti həll etməyə çalışmışdı. “Yad” və “Vəba” romanlarında bu vəziyyətdən bəhs edir.

Bəs həll yolu nədir? İntihar həll deyil, sünilik formasıdır. Absurdu qəbul etməliyik. Ona qarşı çıxmalıyıq. Sənət, xüsusilə də ədəbiyyat bunu etmək üçün ən yaxşı yoldur. Kamyuya görə isə, həll yolu aydındır: roman yazmaq. Şüur dünya arasındakı fərq bu vasitə ilə aşılır. İkisinin arasındakı məsafəni yaratdığım dünyayla aşa bilərəm. Çünki o dünyaya hakiməm. O, məni istehsala yönləndirir. Biri bitən kimi yazmağa davam edirəm, yeni dünyalar yaradıram. Dindar kimsələr bunu o biri dünyaya inanmaqla aşmağa çalışır. Uyuşmazlığı qəbullanaraq etiraz etməli və yazmalıyıq.

Nəhayət, yaradılan mətnlərin üstündə düşünəsi olsaq, fəlsəfi dərinlik, həcm, mətnimizin bir məsələsinin, dərdinin olmağının vacibliyini göstərir. Çərçivələri qıran, mövcud olanı sökən obrazlar yaratmaq çox vacibdir. Bu olmayanda meydana səthi mətnlər çıxır. Kamyu fəlsəfə-ədəbiyyat münasibətləri baxımından çox vacib nümunədir. Romanlarında yaratdığı obrazlar çoxölçülüdür, bunun mənbəyi də yenə öz yaratdığı fəlsəfədir.

 

Bölmə : Manşet