“Fənlərin Dostluğu Olimpiadası – 8” qalibləri mükafatlandırılıb – FOTOLAR

69 Baxış

221

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Fənlərin Dostluğu Olimpiadası” qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

23 dekabr 2017-cı il tarixində Bakı şəhəri Odlar Yurdu Universitetinin Böyük  Akt zalında Azərbaycan Respublikası Prezidentinin Yanında  Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə 31dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunan VIII “Fənlərin Dostluğu Olimpiadası”nın qaliblərinin mükafatlandırılması baş tutmuşdur. Respublikamızda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX-X sinif şagirdləri arasında keçirilən Olimpiadanın  builki buraxılışında ölkənin müxtəlif bölgələrindən 1200-dən artıq şagird iştirak etmişdir. Olimpiadada ən yüksək bal toplamış ilk 10 şagird təşkilatçılar və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Bu ilki Olimpiadada ilk  yerlərin qalibləri  Sumqayıt şəhəri Texniki Təbiət elmləri Liseyin, Bakı şəhəri akademik Zərifə Əliyeva  adına Liseyin və Bakı şəhəri Suraxanı rayonu 226 saylı tam orta məktəbin şagirdləri  olmuşdur.

İdeya müəllifi f.ü.f.d., dos. Şəmil Sadiq olan və 2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının dəstəkçiləri Medika Hospital, Hədəf Multimedia Mərkəzi, Altun Kitab, Azərbaycan  Elm Assosiasiyası, Hedef Global, Kitabevim.az kitab mağazaları şəbəkəsidir. APA TV, edumap.az, Ustad dərgisi, senet.az portalı Olimpiadanın  informasiya tərəfdaşlarıdır.

KÖŞƏ YAZARLARI
TOP 10