Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırma mərasimi keçiriləcək

120 Baxış

Picture1Dekabrın 26-sı, saat 12:00-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə məktəblilər arasında keçirilən və bu il 6-cı dəfə təşkil olunan Fənlərin Dostluğu Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi baş tutacaq. Mərasimdə millət vəkili Qənirə Paşayevanın, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzovun, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovun , “Hədəf” Şirkətlər qrupunun baş direktoru Şəmil Sadiqin və digər qonaqlar iştirakı gözlənilir. Tədbirdə Şəmil Sadiq və Qanun Ümmanın müəllifi olduqları “Fənlərin söhbəti” adlı musiqili şeir səhnəsi Hədəf Kurslarının müəllim və şagirdləri tərəfindən qonaqlar üçün nümayiş olunacaq. Həmçinin tələbələrin özfəaliyyət qrupunun iştirakı ilə milli mahnılarımız səsləndiriləcək.

Həmçinin mərasim zamanı “Hədəf” Nəşrlərində işıq üzü görmüş “İnteraqtiv testlər” kitabı da iştirakçılara təqdim olunacaq.

Bu il Olimpiadada iştirak etmək üçün 800-dən çox şagird qoşulub və onlar arasında Olimpiada nəticələri ən yüksək olan 20 nəfər mükafatlandırılıb.

I  yer – Planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf kurslarında bir illik 100% güzəştlə təhsil alma imkanı

 

II yer – Planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf Kurslarında bir illik 75% güzəştli təhsil alma imkanı

 

III yer – Planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf Kurslarında bir illik 50% güzəştli təhsil alma imkanı

 

IV-X yer –  “OYAL”dan və “Kitabevim.az”dan hədiyyə paketi, Hədəf Kurslarında bir illik  30% güzəştli təhsil alma imkanı əldə edir.

 

Qeyd edək ki,  Olimpiadanın təşkilatçıları Təhsil Problemləri İnstitutuAzərbaycan Universiteti və Hədəf Kurslarıdır.

Builki Olimpiadanın sponsorları“OYAL”, Medica HospitalKitabevim.az və İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi; informasiya dəstəkçiləri isə Senet.az, “OTV” və Azpress.az saytlarıdır.

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər