Faiq Balabəyli yazıçılara qarşı çıxdı

25 Baxış

faiqbalabeyli

“Baykot məsələsinə münasibətdən başlayaq ilk olaraq. Pisdir münasibətim. təcrübə göstərir ki baykotlar heç də həmişə gerçəkləşə bilmir. Bir qrup avantürüstün ortaya atdığı, əməlli başlı əsaslandırmadığı məsələlərə insanlar bəzən kor təbii hə deyir”.

Bu sözləri Senet.az-a açıqlamasında şair Faiq Balabəyli deyib. O, yazıçıların Azərbaycan televiziyalarını boykota səsləməsinə etiraz etdiyini bildirib: “O ki qaldı Azərbaycan televiziyalarının boykot edilməsi çağrışına, birincisi bu da özünü doğrultmaz. ona görə ki boykota çağıranın kimliyi əvvəlcə məlum olmalıdır, niyyəti, əməli nədir bilinməlidir və sair. İkinci bir tərəfdən, əgər məsələni bu cür qoysalar ki bəzi TV-lərdə verlişlər bayağıdır və o verlişlərin keyfiyyətini yaxşılaşdırmaq üçün TV rəhbərliyi qarşısında bir seyrçi, tamaşaçı kimi məsələ qaldırsalar yaxşı olardı”.

Qeyd edək ki, bir qrup yazıçı Azərbaycan televiziyalarının ümumi səviyyəsinin aşağı olması, teleməkanın toyxanalara çevrilməsini səbəb göstərərək boykot çağırışı etmişdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10