“Fateh Sultan Məhəmməd”in sirri tapıldı

57 Baxış

fatihsultanmehmet

Rəssam Qentile Bellininin Londonda saxlanılan “Fateh Sultan Məhəmməd” tablosundakı sirr tapılıb. Sənətşünas Mariya Piya Pedani Fabris məşhur italyan rəssamın əsərində yerləşdirdiyi gizli simvolları deşifrə edə bilib.

Rəsmdə ilk olaraq Fateh Sultan Məhəmmədin qarşısındakı zəfər tağı diqqəti çəkir. Bu tağ Venesiyada yerləşən San Zaxariya Kilsəsinin qapısını simvolizə edir. Bəs Bellini niyə məhz bu qapını seçib?

Mariya Piya iddia edir ki, San Zaxariya, tarixdəki ən qədim rahibə monastrıdır. Əfsanəyə görə Duçeyə tac ilk dəfə burada rahibələr tərəfindən taxılıb. Bu rahibələr Benedikt təriqətinə mənsubdurlar. Ortaəsr ənənələrinə görə Benediktin təriqəti monastrın dünyadakı cənnəti hesab olunurdu. İstanbulda Cənnət Baxçası ilə simvolik olaraq əlaqələndirilən tək yer isə Topqapı Sarayıdır. Saraya girmək üçün üç ayrı qapıdan keçmək lazımdır. Osmanlı xanədanın çadırı da üç ayrı  əsgər qrupu tərəfindən qorunurdu. Eyni formada San Zaxariya Kilsəsinə girmək üçün də birinci körpüdən, sonra isə iki ayrı qapıdan keçilirdi.

Bellininin tablosunda yer alan tağ, yazıçının fikrincə, sadəcə bir zəfər tağı yox, həm də bir qapıdır. Türkçədəki qapı sözü “dövlət” mənasına verirdi. Bura sultanın ədaləti qoruduğu yerdir. İçəri xeyirxah ruhların, çöl isə pis ruhların məkanı idi. Bununla yanaşı Zaxariya Kilsəsinin qapısının Fatihin portretinin çəkildiyi 1480-cı ildə düzəldiyini də qeyd etmək lazımdır.

 

Fatihin qurd kürkü:

Tabloda Sultan kürk yaxalıqla təsvir olunub. Fatihin rəsmi geyimi həmişə samur kürkündən olardı. Ancaq tablodakı kürk qurda aid olduğu güman edilir. 15-ci əsrdə yaşamış yazıçı  Spanquqninoya görə bu əsrdə İstanbulda qurd kürkü geniş istifadə olunurdu. Bu Türk soyları üçün bir totem heyvanı olan qurdu simvolizə edir.

 

Niyə 6 tac?

Əsərdə Sultanın sağ və sol tərəflərində 6 tac var. Müəllifə görə bu taclar hamının zənn etdiyinin əksinə fəthedilən dövlətləri simvolizə etmir. Bu taclar Fatihin əcdadlarını ifadə edir. Bunlardan üçü Osman Qazi, Orxan Qazi və I Murada, digər üçü isə 1395-ci ildə Misir Xəlifəsi tərəfindən İldırım Bəyazıda verilən sultan titulunu bildirirdi. Bu hadisəni xatırlamaq üçün hər Osmanlı hökmdarı taxta çıxanda qılınc taxardı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Rəssamlıq, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10