“Fərman Salmanov – 90” adlı sərgi istifadəçilərə təqdim olunub

1 Baxış

hg

Bu gün görkəmli neftçi, mühəndis-geoloq, “Şöhrət” ordenli, Rusiya Federasiyasının Əməkdar geoloqu Fərman Salmanovun 90 illik yubileyi tamam olur. Bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olmuşdur. O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə1961-ci ildə ilk neft yataqlarını üzəçıxarmışdır. Rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdənartıq irihəcmli yataq kəşf edilərək istismara verilmişdir.

Senet.az xəbər verir ki, bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Fərman Salmanov – 90” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidəgörkəmli neftçi Fərman Salmanov haqqında rəsmi sənəd, fotolar, mükafatları, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

F.Salmanovun şəxsiyyətində tədqiqatçı-alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil etmişdir. Tanınmış geoloq-alimin neft və qaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmiş və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynamışdır.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ferman_Salmanov_90/index.htm linkindən istifadə edə bilərlər.
Azərbaycan xalqı dünya sivilizasiyasına töhfələr vermiş, özünün bənzərsiz milli koloritini, milli mənliyini qoruyub saxlamış övladları ilə daima fəxr edir, qürur duyur.

 

Bölmə : Sənət xəbər