“Fəryad 2” filminin rənglənmə prosesinə başlanılıb

14 Baxış

hg

 

Rejissor Vaqif Mustafayevin İkinci Qarabağ savaşı haqda lentə aldığı “Həyat, deyəsən, gözəldir” filmi hazırlıq prosesindədir.

Senet.az xəbər verir ki, layihənin rəng korreksiyası işləri Türkiyənin İstanbul şəhərində davam edir. Filmin quruluşçu operatoru Orxan Abbasov və prodüseri Fariz Əhmədov bu prosesdə iştirak edirlər.

Film, erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.

Qeyd edək ki, ilkin işçi adı “Fəryad 2” olan filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər. Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Bölmə : Kino, Modern, Sənət
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10