Fikrət Qoca rus şairini ittiham etdi: “O, yalan deyir”.

41 Baxış

fikret qoca

“Aleksandr Olşanski yalan deyir. Belə bir şey olmayıb. Nazım Hikmətlə yalnız bir dəfə görüş keçirilib. Mən də şəxsən orada iştirak etmişəm. Bu görüşdə Nazım Hikmət hər hansı fərqli bir fikir deməyib. O, öz məmləkətindən ayrı düşmüşdü. Bizə hər hansı çağırış etməyib. Birdəki, biz ora təhsil almağa getmişdik. Siyasi məsələlərə qatılmırdıq. Düzdür öz aramızda müzakirələr keçirir, etirazlar edirdik. Amma konkret olaraq hansısa siyasi hadisəyə qarışmırdıq. Xruşovun belə bir qərarı olmayıb. Hər halda belə bir hadisə baş versəydi bizim də xəbərimiz olardı. Aleksandr Olşanskinin fikirləri doğru deyil”.

Bu sözləri Senet.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq şairi Fikrət Qoca deyib.

Qeyd edək ki, rus şairi Aleksandr Olşanski Nazim Hikmətin 1963-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bağlanmasının qarşısını aldığını iddia edib. O, Nazım Hikmətin tələbələrin imtahan verdiyini eşidəndə hirsləndiyini bildirib. Nazım Hikmət “Nə imtahanı verirsiniz? Yazıçı hara, imtahan hara? Yazarın tək imtahanı kitabdır” – deyib.

Sözügedən görüşdən bir neçə həftə sonra tələbələrin siyasi hadisələrdə iştirakı və partiyanın siyasətini tənqid etməsindən narahat olan SSRİ rəhbərliyi Ədəbiyyat İnsitutunu bağlamaq istəyiblər. Hətta Xruşovun bu barədə əmr də imzaladığı qeyd edilir. Ancaq tələbələr Nazim Hikmətin “üsyankar olun” tövsiyyəsinə  əməl etdiklərini, buna görə də etirazlara qoşulduqlarını bildiriblər. Bundan sonra Xuruşov geri addım ataraq, institutu bağlanmaq qərarını ləğv edib.

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10