Finlandiya təhsil sistemi

98 Baxış

Senet.az sizin üçün Finlandiya təhsil sistemini araşdırdı.

Dünyanın ən yaxşı təhsil sistemlərindən birinə sahib olan Finlandiyada özəl məktəblər yoxdur, şagirdlər gündə 4 saat tədrislə məşğul olur. Azyaşlı uşaqlar ibtidai məktəblərdə müxtəlif tipli maarifləndirci oyunlar oynayaraq öyrənir, imtahanlar yoxdur, bir növbəti sinifdə keçirilən imtahanların nəticələri isə şagirdlərə söylənilmir. Müəllimlərin hamısı magistr təhsilli, öyrənmə qabiliyyəti aşağı səviyyədə olan şagirdləri belə, ən yaxşı səviyyəyə gətirməyi qarşılarına hədəf olaraq qoyulub.

Corablı uşaqlar

1

Məktəblərdə ilk olaraq diqqəti cəlb edən xüsusiyyət, şagirdlərin koridorlarda corabda gəzməsidir. Məktəbə daxil olan kimi, üst geyimlərini və ayaqqabılarını çıxarırlar. Bu şəkildə özlərini evlərindəki kimi çox rahat hiss edirlər.

Hər gün 1 saat açıq hava

 2

Uşaqlar azyaşlı olsalar da, ilin bütün fəsillərində hətta qarda, yağışda belə hər gün bir saat çöldə gəzirlər. Onsuzda, qar və qış Finlandiya kimi bir ölkədə adi hal sayılır. Çox qalın geyinirlər gün ərzində topladıqları enerjilərini isə açıq havada gəzməklə verirlər. “Üşüyərsən, tərləyərsən” kimi sözlər orda demək olar ki, işlədilmir. İbtidai təhsildə və sonrakı mərhələlərdə 45 dəqiqəlik dərslər ilə 15 dəqiqəlik tənəffüslərə əlavə olaraq 45 dəqiqəlik tənəffüslər var. Çünki bu 45 dəqiqəlik fasilədə şagirdlər ancaq geyinib çölə çıxıb idmanla məşğul olurlar.

Xidməti avtobuslar yox velosiped

3

Hər uşaq yaşadığı məntəqəyə ən yaxın məktəbə getdiyi üçün məktəblə yaşadıqları yer arasındakı məsafə də uzun olmur. Bu səbəbdən xidməti avtobuslardan istifadə etmirlər. Çünki hava erkən qaralsa da, küçələr çox təhlükəsiz və uşaqlar da velosipedləri ilə gəlib gedirlər. Beləliklə, məktəbdə daha çox qalıb dərslərə çalışmaq lazım olanda da, nəqliyyat vasitələrinə ehtiyac qalmır. Həm də erkən yaşda məsuliyyətli olmağı öyrənirlər.

Bütün uşaqlar eyni məktəbdə

 4

Fin təhsil sisteminə böyük uğurlar qazandıran səbəblərdən biri, xüsusi qayğıya ehtiyacı olan fiziki və əqli cəhətdən problemi olan şagirdlərin və öyrənməkdə çətinlik çəkənlərin də uşaqlarla eyni məktəblərdə təhsil almaqlarıdı. Bu şəkildə, əqli və fiziki cəhətdən problemləri olan uşaqları həyata daxil edirlər, bu siniflərdə ən çox 10 şagird və tələbata görə 2 müəllim olur. Şəkildə də qeyd olunduğu kimi sinifdə görmə qabiliyyətləri zəif olan uşaqlar üçün fərqli bir komputer sistemi quraşdırılmışdır.

“Oturma, qalxmaq” yoxdur

 5

Təhsil prosesində qorxu deyil uşaqlara onlara verilən sərbəstlik əsas götürülür. “Etmə” demək yerinə fərqli fikirləri ifadə etməkləri üçün şagirdlərdə özlərinə inam, güvən aşılayırlar. Bəzi şagirdlər daha sərbəst olmaqları üçün aerobika topunu seçirlər. Dərsin gedişatına mane olmamaq şərti ilə sinif otaqlarında istədikləri kimi gəzə bilərlər.

Yeməkxana (bufet) yoxdur

6

Bütün tədris sistemlərində olduğu kimi, günorta yeməkləri də dövlət tərəfindən qarşılanır. Günorta yeməklərini şagirdlər və müəllimlər yeməkxanada  yeyirlər. Şagirdlərə bu yeməklərdən istifadə zamanı lazımı qədər istifadə olunması, israfçılığa yol verilməməsi məsələləri aşılanır. Günorta yeməklərində süd içmək də əsas məsələlərdən biridir. Məktəblərdə bufetlər olmur, koridorlarda su içmək üçün xüsusi yerlər nəzərdə tutlur.

Sinifdə mətbəx avadanlıqları

7

Şəkildəki yer yeməkxana deyil, dərs otağıdır. Gigiyena qaydalarına əməl edilməsi üçün bütün təchizat sistemi quraşdırılıb. Beləliklə, həm yemək bişirirlər, həm də bişirdikləri qab-qacaqları yuyub təmizləyirlər.

Emalatxana dərsləri

 8

Şagirdlər müəyyən peşə vərdişlərinə yiyələnmək üçün onlara gündəlik praktik emalataxana dərsləri keçirilir. Burda diqqət cəlb edən məsələlərdən biri də, bəzi peşələrin qız, oğlan fərq qoyulmadan öyrədilməsidir. Kişilərə yemək bişirmək, qadınlara isə çəkiclə mismarları bərkitmək kimi vərdişlər aşılanır. Həmçinin, atleylelərdə mişar, bıçaq kimi kəsici alətlərdən istifadə edirlər.

İcazə almadan şəkil çəkdirmək

9

Bir çox ölkələrdə olduğu kimi Finlandiyada da, ailələrindən icazə almadan uşaqların şəkillərini çəkmək olmaz, buna heç bir halda icazə verməzlər… Bu səbəblə, bu ibtidai məktəb şəklində uşaqları görə bilməzsiniz. Tədris sahəsində çalışan işçilərə də, şagirdlərin şəkillərin çəkməyə icazə vermirlər. Bəzi məktəblərdə isə şəkil çəkdirmək uzaqdan, şagirdlərin üzlərinin düşməməsi şərtilə icazə verirlər. Burda mədəni bir fərqlilik meydana çıxır; uşaqların dəyəri. Türkiyədə bir çox ibtidai məktəblərdə uşaqların şəkillərini yükləyir, valideynləri də bir qayda olaraq ancaq icazə verilən bu şəkilləri öz şəxsi sosial səhifələrində bölüşə bilərlər.

Baxça divarları yoxdur

10

Məktəbləri əhatəsinə alan hündür divarlar yoxdur. Şagirdlər, öz məsuliyyətlərini alacaq şəkildə təhsil alırlar. Dərsləri qurtaran kimi velosipedlərinə minib gedirlər. Divarlar vasitəsi ilə şagirdlər arasında sərhəd çəkmirlər.

Mənbə: Cnnturk.com

Bölmə : Araşdırma, Manşet