Fırçanı barmaqlarına bağlayan rəssam

90 Baxış

renoir_soz_bPyer-Ogüst Renuar 1841-ci il fevralın 25-də Fransanın Limoges şəhərində anadan olub. Atası dərzi olan Renuar ailənin dördüncü uşağı idi. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün 4 yaşında Parisə köçmək məcburiyyətində qalırlar. O, məktəb illərində həm də atasının emalatxanasında ona kömək edirdi. 13 yaşında ailəsinə maddi yardım etmək  üçün işləməyə başlayır. İlk işi çini qablar düzəldən emalatxanada qabların üstünə şəkil çəkmək olur. Renuar rəssamlıqla burada tanış olur. Çini qabların üstündə rəssamlığın texniki tərəflərini öyrənir. Günortaya qədər çini qablara rəsmlər çəkir, günortadan sonra isə Luvr Muzeyinə gedib, orada usta rəssamların əsərlərin surətini kətana köçürürdü.  Onun rəssamlıq zövqü beləcə formalaşırdı.

Çini qablar sənayesi inkişaf etdi və artıq rəsmləri qəliblərlə vurmağa başladılar. Belə olduqda Pyer işsiz qaldı. Uzun zaman işsiz qalan Pyer parça satıçısının yanında iş tapdı. Artıq parçalara və yelpiklərə rəsm çəkməyə başladı.

O uzun illər pul yığdıqdan sonra 1862-ci ildə İncəsənət məktəbinə adını yazdırdı. Məktəbdə rəssam Qleyrenin emalatxanasında işləməyə başladı. Bazille, Monet, Sisley kimi gənc rəssamlarla burada dostlaşdı. Bu dostluq ömürlərinin axırına kimi davam edəcəkdi.

İllər sonra yaranacaq impersionizm cərəyanı beləcə meydana çıxırdı. Renuar Kourbet tərzinə uyğun olaraq tünd rəgnlərə üstünlük versə də, dostları daha açıq rənglərdən istifadə edirdilər.

Növbəti il onlara başqa gənc rəssamlar da qoşuldu. Vaxtlarının çoxunu Luvr Muzeyində və Fontaneybl meşəsində keçirirdilər. Meşədə rəsm çəkdiyi günlərin birində Diaz la Pena adlı ispan rəssamı ilə tanış oldu. Barbizon məktəbinin keçmiş müəllimi olan Diazdan təbiətə sevgini və rəngləri necə istifadə etməyi öyrəndi. Diaz, ona gördüyü mənzərənin rəngələrini daha parlaq bir formada kətana köçürtməli olduğunu dedi.

Maddi vəziyyətləri elə də ürək açan olmasa da, Renuar gördükləri işdən məmnun idi.

Əsərlərindən biri 1863-cü ildə rəsm sərgisinə qəbul edilmişdisə də, sonradan qalareya sahibi bu rəsmdən imtina etdi. Renuarın sevdiyi rəssam Kourbet belə həmin illərdə rəsm sərgilərinə buraxılmırdı.

Sərgidə nümayiş olunmayan əsərin müştəri tapmağı olduqca çətin idi. 1863-cü il sərgisinə heç bir dostunun rəsmi qəbul edilməmişdi. 1867-ci ilə qədər onun rəsmləri sərgiyə qəbul edilmədi. Münsiflər heyəti onun əsərlərini həddən artıq yenilikçi kimi qiymətləndirirdi. 1868-ci ildə “Lize” adlı əsəri sərgiyə qəbul olundu. 29 yaşlı rəssamın əsəri Parisdə böyük səs-küyə səbəb oldu.

Renuar “Guerbois” kafesində tez-tez toplanan sənətsevərlərin marağına səbəb oldu. O, artıq bu kafenin daimi müştərisinə çevrildi. Burada usta rəssamlar və tənqidçilərlə tanış oldu. Bu görüşlər əsnasında ayrı bir sərgi açmaq qərarına gəldilər. Ancaq bu istəklərinə elə də rahat nail ola bilmədilər. İmpersionist rəssamların sərgisi həmişə təxirə düşürdü. 1870-ci il  müharibəsi və maddi vəziyyətləri buna mane olurdu. 1874-cü ildə Renuarın səyləri nəticəsində fotoqraf Nadarın studiyasında sərgini aça bildilər.

Bu hadisə böyük səs-küyə səbəb oldu. Bəziləri bu sərgiyə gülür, lağ edir, bəziləri isə bu yenilikçi rəssamların əsərlərinə nifrətlə yanaşırdı. Ancaq bütün bunlar sərginin qısa zamanda tanınmasına kömək etdi. Artıq xalq bu rəssamları tanımağa başlamışdılar. Renuar bu sərgiyə “Luca” adlı əsəri ilə qatılmışdı.

Deqas ilə arasındakı fikir ayrılıqlarına görə Renuar uzun müddət bu sərgiyə qatılmadı. Ancaq bu sərgilər impersionizmin inkişafına kömək etdi. Artıq bu janrın rəssamlarının əsərləri satılmağa başlamışdı.

Renuar 1870-1880-ci illər arasında imperssionalizmin ən gözəl əsərlərini yaratdı. 1880-cı ildə sevdiyi model Alina Çarioqot ilə evləndi. 1881-ci ildə İtaliyaya səyahət etdi. Bu səfərdən sonra rəsm həyatında yeni bir dövr başlandı. O, bu hadisəni belə şərh edirdi: “İtaliyada Raffaellonun rəsmlərini gördükdən sonra rəsmlərimdə bir qırılma oldu. İmpersionizmin ən son nöqtəsinə çatdıqdan sonra anladım ki, əslində mən nə rəsm çəkməyi, nə rəngləməyi bacarmıram”.

1895-ci ildən sonra Renuar yaradıcılığının “yetkinlik” mərhələsi başlandı. O, ömrünün sonuna qədər rəsm çəkməyə davam etdi. Romatizması onun fırça tutmağına mane olurdu. Rəsm çəkəndə fırçanı iki barmağının arasına iplə bağlayırdı. Ən sadiq modeli olan Qabrielle  Renard idi. Renar onun həm aşçısı, həm xidmətçisi, həm də uşaqlarının dayəsi idi.

Renuar ömrünün sonlarına yaxın Cənubi Fransaya köçür. 1919-cu ilin dekabrın 3-də  vəfat edir.

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10