“Folklor və dövlətçilik düşüncəsi” kitabı nəşr olunub

14 Baxış

14843987244814352185_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən “Folklor və dövlətçilik düşüncəsi” kitabı (I nəşr) çap etdirilib.

İnstitutdan Senet.az-a bildiriblər ki, “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” proqramı çərçivəsində hazırlanmış və nəşr olunmuş kitab tarixi və müasir türk dövlətlərinin və türk xalqlarının, o cümlədən Azərbaycanın dövlət mərasim və bayramlarının tarixi, folklor semantikası və ideyası haqqında elmi qənaətləri əks etdirir.

Nəşrdə “Dövlətçilik düşüncəsinin əsas istiqamətləri və folklor”, “Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları”, “Milli mədəniyyət kontekstində folklor və dövlətçilik” və digər mövzularda materiallar yer alıb.

Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

KÖŞƏ YAZARLARI
TOP 10