Folknerin “Ölüm yatağında” romanı haqqında bilinməyən 5 maraqlı fakt

16 Baxış

 

folkner

 

Senet.az Uilyam Folknerin məşhur romanı “Ölüm yatağında” haqqında bilinməyən 5 maraqlı faktı təqdim edir:

 

1.Folkner romanı 6 həftədə yazdığını iddia edir. Məktəbdən çıxıb yazıb-oxumağı özü öyrənən Folkner bu roman üzərində işdən sonra səhər saat 4-ə qədər işlədiyini deyib.

 

2.O, jurnalistlərə açıqlamasında romanın qısa müddət ərzində uğur qazanacağını bildiyini vurğulayıb: “Bu roman əslində bir güc şousu idi. Yazmağa başladığım andan bu kitabın böyük uğur gətirəcəyini bilirdim.

 

3.Romanın 19-cu bölümü təkcə bir cümlədən ibarətdir: “Mənim anam balıqdır”.

 

4.Əsərlərinin bir çoxunda olduğu kimi bu romanında da Yoknapatavfa adlı məkandan bəhs edir. Folkner bu yerin Missipidə olduğunu bildirib.

 

5.Bir neçə ədəbi texnikadan istifadə edilərək yazılmış bu roman rejissorların başının dərdi idi. Folknerin özü də ssenarist idi və bu romanın film kimi çəkilə biləcəyinə inanmırdı. Ancaq 2013-cü ildə Ceyms Franko “Ölüm yatağında”nın motivləri əsasında film çəkməyi bacardı.

 

 

Bölmə : Manşet