Frans Kafka ilə bağlı 7 ildir davam edən məhkəmə başa çatıb

35 Baxış

kafka

Frans Kafkanın əlyazmaları ilə bağlı gedən məhkəmə prosesi yekunlaşıb. 2012-ci ildən bəri davam edən məhkəmə bu əlyazmaların İsrail Milli Kitabxanasına aid olduğu qərarını verib.

Frans Kafka ölümündən əvvəl əsərlərinin əlyazmasını dostu Maks Broda verib və onları yandırmağı xahiş edib. Çexoslavakiyadan İsrailə köçən Brod, əlyazmanın bir hissəsini çap etdirir, bir hissəsini isə katibəsi Ester Hoffeyə verir. Problem də buradan qaynaqlanır. Bu əlyazma Esterə hədiyyəmi edildi, yoxsa saxlanılmağı üçünmü verildi? 1968-ci ildə Bord vəfat edir və Ester Hoffe əlyamanın bir hissəsini satır. Qalanı isə qızları Eva Hoffe və Ruz Uieslerə verir. Esterin ölümündən sonra qızları əlyazmanı kitabxanaya verməkdən imtina edirlər. Bununla da 7 il davam edən məhkəmə prosesi başlanılır.

Hoffenin qızları Brodun Kafkanın əlyazmalarını analarına hədiyyə etdiyini iddia ediblər. Ancaq məhkəmə qərarına görə Brod bu əlyamaları Eva Hoffeyə kataloqlaşdırmağı və İsrail Milli Kitabxanasına göndərməyi üçün verib.

Ekspertlər bu əlyazmaların içərisində Kafkanın yazdığı və bu günə qədər yayımlanmayan əsərlər olduğunu düşünür. Bu əlyazmalar İsrail və İsveçrədə xüsusi kassalarada saxlanılır. Kassalar 2010-cu ildə açılmış, ancaq içindəkiləri hakimdən başqa heç kim görməmişdi.

Qeyd edək ki, 2012-ci ildə məhkəmə əlyazmaların İsrail Milli Kitabxanasında qalmasına qərar versə də, Eva Hoffe və Ruz Uisler bacıları apeliyasiyaya müraciət etmişdilər.

 

 

 

elyazma2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10