Fransada Azərbaycanla bağlı arxeoloji materiallar aşkarlanıb

45 Baxış

fransAMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə Fransa Mədəniyyət və Kommunikasiya Nazirliyinin maliyyə dəstəyi ilə Paris yaxınlığındakı Sen-Jermen şəhərindəki Milli Arxeologiya Muzeyində həyata keçirilən qrant layihəsində iştirak edib.

O, muzeydə qorunan, fransız arxeoloqu Jak de Morqanın 1889-1891-ci illərdə Azərbaycan ərazisində aşkar edərək Fransaya apardığı qədim maddi-mədəniyyət nümunələrini tədqiq edib. Alim ümumilikdə 548 ədəd qədim əşya (saxsı qablar, bəzək əşyaları) ilə bağlı zəruri məlumatları qeydə alıb. Arxeoloji materialların əksəriyyəti e.ə. II minilliyin sonlarına – I minilliyin əvvəllərinə aiddir.

Bölmə : Sənət xəbər