Fransızlar da Azərbaycan dilini öyrənə biləcək…

21 Baxış

22243628_732943423566956_1394850663_o

Filalogiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin müəllifi olduğu “Azərbaycan dilini öyrənirəm” dərs vəsaitinin 5-ci nəşri çap edilib. 

2012-ci ildə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Hikmət Cavadovun təklifi ilə yazılan bu dərs vəsaiti, rus, ingilis, ukrayn dillərində Ukraynada nəşr olunub, ictimaiyyətə təqdim edilib. Bir-neçə il sonra isə Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyilə AMOR Rusiyada yaşayan azərbaycanlılar üçün həmin kitabı çap etmişdi.

Azərbaycan dilini öyrənmək istəyən xarici vətəndaşlar, xaricdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan dərs vəsaiti bu sahədə olan boşluğu dolduran az kitablardan biridir.

Müəllif Şəmil Sadiq deyir ki, “Azərbaycan dilini öyrənirəm” və “Azərbaycanı öyrənirəm” adlı iki hissədən ibarət olan 248 səhifəlik sözügedən kitaba əvvəllər rus və ingilis dilləri daxil idi, bu dəfə fransız dili də əlavə edilib.

Kitabın ilk nəşri UAK-ın və Hədəf Nəşrlərinin dəstəyi oxuculara hədiyyə edilmişdi.

İndiyə kimi 4 nəşri gerçəkləşən “Azərbaycan dilini öyrənirəm” kitabı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin 16.04.2012-ci il tarixli 12 nömrəli iclas protokoluna əsasən dərs vəsaiti olaraq “Hədəf” nəşrlərində çap edilmişdi. 5-ci nəşr isə yenidən işlənilib və xarici vətəndaşların Azərbaycan dilini öyrənməsi baxımından optimallığı yüksəkdir.

KÖŞƏ YAZARLARI
TOP 10