Frida Kahlo dünyası

75 Baxış

fridaSenet.az “Yazı” jurnalının 15-ci sayında işıq üzü görmüş “Frida Kahlo dünyası” məqaləsini təqdim edir. Jurnalı Kitabevim.az kitab marketindən əldə edə bilərsiniz. 

Frida Kahlo de Rivera (6 iyun, 1907 – 13 iyul, 1954; Magdalena Carmen Frieda Kahlo y Calderón) Meksikalı rəssam Coyoacán-da (Meksika) anadan olmuşdur. Fridanın atası fotoqraf – almaniyalı yəhudi, anası isə hind mənşəli ispaniyalı qadın idi. Uşaqlığının erkən çağlarında – 6 yaşında ikən, Frida poliomelit xəstəliyi keçirir ki, bu da onun sağ ayağının sol ayağına nisbətən qısa və nazik olması ilə nəticələnir. Frida bu qüsurlu xəstəliyi ilə mübarizə aparmağa çalışır: o, çoxlu üzür, oğlanlarla futbol oynayır və hətta boks ilə də məşğul olur. Onun səylə göstərdiyi bütün bu cəhdlər hədər gedir və o, ömür boyu axsaq qalır. Nəticə etibarı ilə, bu cəhdlər onun xarakterinin zərif bir qadın xarakteri kimi formalaşmasına mane olur. Tale Fridaya yeni ―qara sürprpriz hazırlayırdı. 17 Sentyabr, 1925-ci ildə, 18 yaĢlı Frida ağır avtomobil qəzasına uğrayır. Qəza zamanı, arxası üstə yerə yıxılmış gənc Fridanın qarın nahiyəsinin üstünə zərblə tramvayın bir hissəsi düşür… Nəticədə o, onurğa sütununun üç yerindən sınması, çiyin və çanaq sümüyünün və həmçinin bədəninin müxtəlif yerlərində sümüklərinin sınıqları ilə ağır xəsarət alır. Onun qarın və uşaqlıq nahiyəsi metal-dəmir ilə zədələnir hansı ki, bu da uşaqlığın reproduktivlik funksiyasına ciddi xəsarət yerirmiş olur. Belə ki, Frida gələcəkdə, qısır qalmaq təhlükəsinə məruz qalmış olur. Bu faciəvi qəzada aldığı xəsarətlərə görə, yaşadığı müddətdə Fridanın üzərində təxminən otuzdan çox əməliyyat aparılmışdır.
Yaşadığı faciələr, sarsıntılar və düşüncələr o andan etibarən öz əksini bu tablolarda tapacaqdı…

―Mən ona görə öz rəsmimi çəkirəm ki, əksər vaxtımı özümlə təklikdə keçirdirdirəm və ən çox məlumata malik olduğum mövzu da məhz mənim özüməm. -sərt bir təzdə, Frida bəyan edirdi… Fridanın xəstəxanada çəkdiyi ilk rəsm əsəri, onun yaradıcılığının əsas istiqamətini əbədi olaraq əks etdirən avtoportret olmuşdur. Ən çox, avtoportretləri ilə tanınan Frida Kahlonun əsərləri öz ―ağrı və ehtirası və öz güclü, parlaq boyaları ilə yadda qalmaqdadır

Xəstəxanada yatarkən, Frida bir çox rəsmlər çəkir. …və nəhayət, o, yataqdan ayağa qalxıb, yeriməyi bacaranda, gördüyü ilk iş – çəkdikləri rəsmlərini bir çantaya toplayıb onları Dieqo Riveraya göstərməyə aparması olur. Bir ilini yataq şəraitində rəsm çəkməklə keçirən Frida artıq bu sənətə ciddi yanaşmağa başlayır və rəssamlıq sənəti üzrə təhsil almağa başlayır. ―Mən həyatımda iki ağır qəza keçirmişəm… Birinci – uğradığım yol qəzasında fiziki olaraq tramvayın, ikinci – Dieqonun ruhən məni əzməsi oldu. – Frida Kahlo sevgili əri Dieqo Rivera haqqında.

yazise1929-cu ildə, Frida Kahlo və Dieqo Rivera evlənirlər. O vaxt, Fridanın 22, Dieqo Riveranın isə 43 yaşı vardır. Onlar tək yaş baxımından deyil, xarici görünüşcə də bir-birindən kəskin fərqlənirdilər. Frida bəstə boylu, zərif bir qız idi, Dieqo Rivera isə ağır çəkili, boyca Fridadan çox hündür birisi idi. Bununla belə, hər şeyə rəğmən onların arasında sıx bağlılıq vardı – sevgi. Onların coşqun münasibətləri xəyanət, peşə təzyiqləri, boşanma və yenidən evlənmə, Fridanın biseksual hərəkətləri, onun zəif səhhəti və qısır olması kimi ciddi məqamlara da qalib gəlir. 1940-cı illərdə, Fridanın rəsm əsərləri bir neçə məşhur sərgilərdə nümaiş olunur

Həmin ərəfədə, onun səhhəti ilə bağlı problemləri daha da ağırlaşmağa başlayır. Ağrıları yüngülləşdirmək üçün qəbul etdiyi dərmanlar və uyuşdurucu maddələr onun ruhi vəziyyətini dəyişdirir. Bu dəyişikliklər onun gündəliyində də öz əksini aydın şəkildə tapmaqdadır. Zamanla, onun ağrılar daha da güclənir… Zədəli onurğa sütunu onu tez-tez xəstəsanada yatmağa və demək olar ki, daima xüsusi korset geyinməyə vadar edir. Sərgilərindən birinin açılışında onun vəziyyəti çox ağır olur. Həkim ona yataqdan qalxmağı qəti qadağan edirdi, lakin o, sərgi açılışına gedəcəyini inadla təhrik edir və Fridaya xas tərzə uyğun olaraq – o, dediyindən dönmür. Rəssam Kahlo açılışa çarpayısı ilə təcili yardım maşınındagəlir. Çarpayıda uzanmış vəziyyətdə, dörd nəfərin müşahidəsi ilə Frida sərgi zalına daxil olur. 1950-ci ildə Fridanın onurğa sütununda 7 tibbi əməliyyat aparılır və o, 9 ay ərzində yataq Ģəraitində qalmalı olur. Bundan sonrakı həyatını isə o, əlil arabasında gəzməklə keçirir. 1944-cü ildən vəfat etdiyi günə qədər, Frida gündəlik yazardı. 170 vərəqli gündəlik uşaqlıq xatirələri, xəstəliklə mübarizə, Dieqo Riveraya olan istirablı sevgisi, incəsənət və siyasət barəsində yazılardan ibarətdir. Burada həmçinin, onun sulu boyayla çəkdiyi rəsmlər, gələcək əsərləri olacaq eskizlər, avtoportretlər və s. kimi rəsmləri də vardır. Frida öz gündəliyinə bu sözlərlə yekun vurmuĢdur: ―İnanıram ki, bu sonluq mənə sevinc gətirəcək – və ümidvaram, mən bir daha geri dönməyəcəm – Frida. Fridanın külü onun Dieqo ilə yaĢadığı ―Mavi ev‖indəki pre-Columbian urnada saxlanılır. Vəfatından bir müddət sonra, Dieqo Rivera Fridanın evini muzey edilməsi məqsədi ilə Meksika hökumətinə təhvil verir. 1957-ci ildə Dieqo vəfat edir və 1958-ci il iyluyun 12-də ―Frida Kahlo Muzeyi‖nin rəsmi şəkildə açılışı olur.

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10