Fridrix Nitsşe:“Paskalın ağlını korlayan xristianlığından başqa bir şey deyildi”

93 Baxış


12Senet.az “XAN” nəşrlərində işıq üzü görmüş Nitsşenin “Dəccal” kitabından bir hissəni təqdim edir. Əsəri Azərbaycan dilinə Cəlil Cavanşir tərcümə edib. Qeyd edək ki, kitabı Kitabevim.az kitab marketindən əldə edə bilərsiniz.

Bəşəriyyət, bu gün iddia edildiyi kimi, daha yaxşıya, ya da daha güclüyə, ya da daha yüksəyə doğru bir inkişaf etmir, “irəliləyiş”, müasir bir düşüncədir, yəni, səhv bir düşüncədir. Bu günün avropalısı, dəyər baxımından, intibah dövrü avropalısının çox-çox geridə qalır. İrəliyə doğru inkişaf, hər hansı bir çətininliklə, yüksəlmək, ucalmaq, güclənmək deyil heç də. Bir başqa mənada, yer üzünün ən fərqli yerlərində, ən fərqli mədəniyyətlərdə tək-tək formada bir müvəffəqiyyətə çatma hər zaman müşahidə edilir, bu müvəffəqiyyətə çatanlar doğrudan da yüksək bir tip meydana çıxarırlar: əgər insanlarla müqayisədə bir növ üstünsənsə… Belə şanslı, böyük uğur nümunələri həmişə mümkün olub və bəlkə də həmişə mümkün olacaq. Hətta, bütöv nəsil, bütün qövm, bir xalq, bəzi hallarda belə nəticələr əldə edə bilirlər.

Xristianlığı çox da tərifləmək lazım deyil: Xristianlıq ali insana qarşı ölümcül müharibə aparıb, bu tipin bütün təməl instinktlərini qadağan etmiş, basdırmış, bu instinktlərdən, pisi, pisin də özünü arındırıb, süzüb çıxarmışdır, – üzərinə günah atılan tipik insan olaraq güclü insan, “lənətli insan”dır.

Xristianlıq bütün zəiflərin, düşkünlərin, ağıldankəmlərin tərəfini saxlamış, güclü həyatın sağ qalmaq şərtlərinin dolanbaclarından bir ideal çıxarmışdır; mənəviyyatın ən üst dəyərlərinin günahkarlıq, pozğunluq, təmizlənmə olaraq təbliğ etmiş, mənəvi baxımdan güclü, təbiətə bağlı insanların belə fikirlərini qarışdırmışdır.

decalƏn axmaq nümunə – Paskalın korlanması, ağlının irsi olaraq ilk günah tərəfindən pozulduğuna inanan Paskalın; halbuki onun ağlını korlayan xristianlığından başqa bir şey !

Mәhşur riyaziyyatçı, eyni zamanda da qatı bir dindardır. Ağrılı, tük ürpədən bir oyun idi qarşıma çıxan: insanın pozulmasının önündəki pərdəni çəkdim, açdım. Bu söz, mənim ağzımdan, bir şübhəyə qarşı çıxır: insan mövzusunda əxlaqi narahatlıq ehtiva etdiyi şübhəsinə. Bu söz (yenidən vurğulamaq istəyirəm) mənəvi mənadadır: belə ki, bu pozğunluğu ən güclü bir şəkildə, hiss edənlər indiyə qədər ən şüurlu olaraq “fəzilət”ə, “ilahiliyə” yönəldilmişlər olmuşdur. Əxlaqsızlıq deyiləndə başa düşdüyüm, anladığım, məncə başa düşüldü. Décadent mənasında bu fikri müdaifə edirəm: insanlığın bu gün ən yüksək hesab edə biləcəyi dəyərlər Décadent dəyərləridir. Bir canlıya, bir növə, bir fərdə, instinktlərini itirmişsə, özünə zərərli olanı seçirsə, üstünlük verirsə əxlaqsız deyirəm. “Uca duyğular”ın, “insanlıq idealları”nın bir tarixi (ola bilsin ki, bu tarixi şərh etmək də mənim işimdir) hardasa insanın nə üçün dəyişməsinin şərhidir Mənim üçün böyümənin, dözümlülüyün,gücə sahib olmanın instinkti həyatın özüdür: güc əldə etmə istəyinin zəif olduğu yerdə, eniş vardır.

İnsanlığın bütün ən üst dəyərlərində bu istəyin zəif olduğu fikrini müdafiə edirəm. Ən müqəddəs adlara bürünərək müstəqilliyini qoruyanların eniş-dəyərləri, nihilistik dəyərlərdir.

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10