Friq-ermənilərin Azərbaycandan və türklərdən “tarix” oğurluqları – Firudin Rzayev

26 Baxış

unnamed (1)

 Senet.az oxucularına AMEA Naxçıvan Bölməsi Onomastika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin araşdırma yazısını təqdim edir.

 

Bəşəriyyətin müasir dövr inkişafı, onun keçmişi ilə sıx bağlılıq təşkil edir. Hər bir xalqın tayfa birliyindən xalqa çevrilmə tarixi prosesi ən azı iki min illik bir dövrü əhatə edir. Bir qrup tayfalar da mövcuddur ki, onlar hələ bu gün belə xalq kimi mövcud olmasalar da, özgə tarixinə sahib çıxmaqla özlərini “qədim tayfa” kimi dünya ictimaiyyətinə göstərməyə çalışırlar. Belə tayfalardan biri də günümüzdə hələ 3 milyona çatmayan ermənilərdir. Onlar tarix boyu bu ərazilərdə olmamış, Balkanlardan qovulduqdan sonra xristianlara arxalanmaqla, onların köməyi ilə türk ərazilərində yerləşib türklərdən torpaq iddiası etməkdədirlər.

XIX-XX əsrlər erməni adlanan bu etnik qrup Çar Rusiyasının köməkliyi ilə xanlıqlara parçalanmış Azərbaycan ərazilərinə yerləşdirildi ki, artıq onlar bu ərazilərdə özlərini “qədim və yerli xalq” hesab edirlər.

Bəs ermənilər ilk etnik qrup şəkilində harada olmuşlar və adları nə idi? Bu istiqamətdə biz heç bir türk mənbələrinə istinad etmədən yalnız xristian və digər əcnəbi mənbələrindəki tarixi faktları oxucuların nəzərinə çatdırmaq istərdik.

Miladdan öncə IV-III yüzilliklərdə Balkan yarımasındakı Frakiya ərazisində kiçiketnik qrup olmuş friq-briqlər, oğurluq, quldurluqla məşğul olub, çox pis məişət adətlərinə sahib idilər. İndi özlərini “qədim xalq”, “qədim mədəniyyətə sahib xalq” Qafqazda “yerli tayfalar” kimi göstərən friq-briqllər miladımızın ilk yüzilliyinə qədər nə hazırkı Kiçik Asiya-Türkiyə ərazilərində, nə də Qafqazlarda, Azərbaycan ərazilərində yerli xalq olmamışlar.

Herodot öz “Tarix” əsərində qeyd edir ki, frakiyalılar-friqlər (briqlər)Balkan yarımadasında yaşayan etnik qruplardan biridir. Onlar Frakiya dilinə uyğun danışırlar. O, friq-briqlərin Kiçik Asiya-indiki Türkiyə ərazilərinə m.ö. III yüzillikdə Frakiyadan köçdüklərini, dillərinin Hind-Avropadilinə aid olmaqla, fraksiyalılara qohum dil olduğunu göstərir. Burada Frakiya Şimal Yunanstanın kiçik bir əyaləti kimi Skif və Makedoniyanın sərhəddində göstərilməklə, istər Lidiya çarı Aliatta, istərsə də fars çarı I Daranın oğlu Qistasb dövründə onların əsarəti altında omuşlar. Əgər diqqət etsək, burada hadisələr m.ö. VI əsrin sonuIII əsrin əvvələridir ki, Frakiya və friq-briqlər əsarət altındadırlar. “Ümumdünya tarixi” də Frakiya ərazilərinin indiki Bolqarların kiçik bir hissəsi olduğunu, friqlərin Qalis çayından qərbdə Sanqariya çayı ətrafında Frakiyada yerləşdiklərini göstərir. Burada kimmerlərin hücumu ilə friqlər-briqlər m.ö. III əsrdə Balkan yarımadasının cənubuna köçür, m.ö. III-II yüzilliklərdə isə Frakiya Lisimaxın, Vaviloniyanın hakimiyyəti altına düşür. Deməli “ermənilər” hələ m.ö. II yüzillikdə balkanlarda yaşayırdılar.

Bəs necə oldu ki, öz adətləri (atanın qızı ilə, qardaşın bacısı ilə evlilikləri və s.), davranışları və soyğunçuluqları nəticəsində skiflər tərəfindən m.ö. II-I əsrlərdə balkanlardan qovulmuş friq-briqlər, adlarını dəyişdirib hayas, erməni etdilər? Qeyd edək ki, F.Ağasıoğlu onların Ərmən türk tarixini necə oğurladıqlarını tarixi faktlarla sübut etmişdir. Qeyd edək ki, friqlər m.ö. II-I əsrlərdə öncə Hett dövlətinin Hayasa əyalətinə köçməklə adlarını dəyişib “hayasa” etmiş, Ərmən yaylasına köçdükdən sonra isə “erməni” adını götürmüşlər.

Bütün bu tarixi faktlar müqabilində hər ölkədən qovulan və eramızın II-XVI yüzilliklərində Türkiyə və Azərbaycan ərazilərində məskunlaşan bu friq-“hayas” və “ermənilər”, qədim türk əraziləri İrəvan, Qarabağ, Zəngəzur, İqdırın Diqor-Dügər, Qağızman b. ərazilərindəki m.ö. IV-III minilliyə aid arxeoloji mədəniyyət nümunələrini necə yaradıblar, daş yazı və məzarlıq yazılarna utanmadan necə sahib çıxmağa səy edirlər? Onlardan 5 min il qabaq tarix səhnəsində belə olmadıqları dövrdə bu türk mədəniyyətini internet saytlarında “qədim erməni mədəniyyəti” kimi necə göstərirlər? Bu tarixi faktlar friq-ermənilərin tarix, mədəniyyət, dil oğruları olduğunu bir daha sübut edir. Biz bunlara cavab olaraq erməni saytlarında rus dilində 20-dən çox məqalə yerləşdirmişik və əvəzində Zori Balayan başda olmaqla bir qrup erməni “tarixçilərinin” etiraz və hədələri ilə üzləşmişik. Əgər “erməni tarixlərinə” və tarix barədə yazılarına diqqət etsək, onlar internet saytlarında özlərinə qədim tarix uydurmaqla bərabər, erməninin “qədim xalq”, qədimdə “dövlətləri olduğunu”, “şumerlərlə qohum olduqlarını”, Qafqazda “yerli xalq”, “qədim mədəniyyətə sahib xalq” kimi oğurluqlarına rast gəlirik.

Bununla bərabər onlar bu ərazilərdə olmayan “tarixlərini” qədimləşdirməkdən ötəri qədim türk tayfa adlarına da sahib çıxmağa çalışırlar. Onlar as, kas, kaspi, sak, maq, gel, kimmer və s. türk tayfa adlarının sonuna yan artırmaqla özlərinə Asayan, Kasayan, Saakyan, Kasparyan, Manqaçuryan, Giləyan, Qaməryan, kimi türk soyu adlarını götürüb eyni “hayas” və “ərmən, erməni” siyasi oyunlarını təkrarlayırlar. Buna qane olmayan friq-hyaslar türk inanc və məişəti ilə bağlı adları da Allahverdiyan, Dəmirçiyan, Balayan, Qaziyan, Bağdasaryan, Şahnəzəryan, Arzumanyan kimi özlərinə minlərlə “soy adları” düzəldirlər. Bununla bərabər onlar Qorqudyan, Dədəyan, Babayan, Köçəryan kimi türk-Azərbacan dastan adımızı, ulularımzla bağlı işlənən qədim sözləri, məişəti, adət və ənənələrimizlə bağlı adlarımızı özlərinə çıxmaqla “erməniləşdirirlər”. Azərbaycan və ümumtürk adlarına yönəlmiş bir siyasət, türk tarixinə bir təhqir və ləkədir (-F.R.).

Biz bunların m.ö. II yüzillikdə etnik qrup olmaqla həmişə əsarətdə olduqlarına yazılarımızda xeyli tarixi sübutlar göstərmişik. Ancaq XIX əsrdə xristianlıqda olan bəzi dövlətlərə arxalanmaqla Azərbaycan ərazisində “dövlət” quran bu etnik qrup, Azərbaycan torpaqları İrəvan, Zəgəzur, Qarabağ və s. ərazilərdəki m.ö. V-I minilliyə aid arxeoloji mədəniyyət nümunələrini də “erməni mədəniyyəti” kimi dünyaya təqdim edirlər və xristianlar da bunu dəstəkləyir. Biz tərəfimizdən işlənmiş bu xəritədə friqlərin tarixi köçlərinin və oğurluqlarını “erməni tarixçilərinin” yazılarına, tarixi məlumatlara istinadən tərtib etmişik.

Sual oluna bilər, onlar friq, briq adda tayfalar olduğu halda niyə Hett ərmən türk tarixini özlərinə aid edirlər? Onlar hayasa idilərsə, nədən Hett dilini, ərmən-erməni idilərsə, nədən ərmən dilini bilmirdilər? Onlar Frakiyada friq adında kiçik etnik qrup ikən, onların köçündən əvvəl mövcud olan Hett dövlətinin Hayasa əyaləti və türk Ərmən tayfası və yaylasına utanmadan necə sahib çıxmaq istəyirlər? Təbii ki, ermənilər bu suallara cavab verə biləcək faktlara sahib deyillər.

İndi “erməni tarixçilərinin” özlərinin yazdıqlarına və uydurduqları tarixə nəzər salaq. Q.A.Kapansyan yazır ki, biz balkanlardan gəlib Hett dövlətinin Hayasa əyalətində məskunlaşıb, “friq” adımızı itiriərək “Hayasa”, sonra isə m.ö. IV əsrdə “Ərmən yaylasına” köçərək “erməni-Arman” olduq. Bu fikir və tarix D.Makkarti və K.Makkartinin də yazılarında təkrarlanır. Lakin biz qeyd etdik ki, xeyli tarixi fakt, m.ö. II yüzillikdə onların hələ Balkan yarımadasının cənubuna köçüb orada məskunlaşdıqlarına göstərir. Onlar m.ö. II yüzillikdə kimmer skiflər tərəfindən balkanlardan qovulmuş və bu tarixdə Hetlərin Hayasa əyalətində məskun olmuşlar. Bundan yüzillər sonra yenə buradan oğurluq və əxlaqlarına görə qovularaq m.s. I yüzilin əvvəllərində Ərmən yaylasında məskunlaşmışlar ki, görkəmli alimi F.Ağasıoğlu öz əsrlərində buna xeyli tarixi faktlar göstərir. Onlar Hett və Ərmən dillərini bilmirdilər və oğurluq, soyğunçuluqlarına görə bu ərazilərdən qovulurdular.

Moskvada dərc olunmuş “Qafqaz xalqları” kitabı erməniləri Kiçik Asiya-Türkiyə ərazilərinə m.ö. I minilliyin sonlarında gəlmə kiçik tayfalar kimi göstərir və onları yerli tayfa hesab etmir. Friqlərin ilk yurd yerlərini Frakiya sahillərində qeyd edən erməni tarixçisi B.İşxanyan, 1916-cı ildə yazdığı kitabda friqləri Kiçik Asiya-Türkiyə və Azərbaycan ərazılərində yerli xalq hesab etmir və onların bu ərazilərə Frakiyadan m.ö. I minilliyin sonlarında gəlmə tayfa olduqlarını və Qafqaza son yüzilliklərdə gəldiklərini yazır. Bu son yüzilliklər isə XVIII-XIX əsrlərə söykənir.

Digər bir erməni tarixçisi Gekam Kerovpyan öz mənşəyi və tarixləri haqda yazır: “XIX əsrdən başlayaraq bu günə qədər araşdırmalar təsdiq edir ki, Hindavropa mənşəli erməni köçərilər Türkiyə və Azərbaycan ərazilərinə gəlmə tayfalar olmaqla, yerli xalqlarla qaynayıb qarışdılar”. Abekyan Manuk isə: “Ermənilərin əcdadları kimdir, necə, nə vaxt haradan, hansı yolla onlar bu ərazilərə gəliblər, onlarla necə əlaqə saxlayıblar, onların ulu babaları kimdir, onların dilinə kim, necə təsir edib? Təəssüf ki, bizim əlimizdə bunları təsdiq edən həqiqi və inandırıcı heç bir tarixi fakt yoxdur” – deyə həqiqəti dana bilmir.

Bütün bu uydurma və yalanlara Erməni tarixçisi R.G.Hovanesyan son nöqtəni qoyur. O, erməni tarixçilərinin uydurmalarını rədd edərək yazır: “Qədim zamanlardan son dövr nəzərə alınmazsa, Klikiyadan Qafqaza qədər erməni torpağı olmayıb”.

Bu fikri “Erməni tarixi”nin atası sayılan, əslən Alban türk tarixçisi olan M.Xorenli də tam olaraq təsdiq edir. O, öz kitabında yazır: “Biz haylar (friqlər-F.R.) balaca, azsaylı, zəif xalq olmuşuq. Buna görə də həmişə güclü xalqların hakimiyyəti altında olmuşuq. İndi olduğu kimi, əvvəlcədən də haylar elmi və şifahi xalq ədəbiyyatına sahib olmamış və onu sevməmişlər”.

Ermənilərin tarixini tədqiq edən görkəmli Amerika alimi Samuel.A.Uimz isə bu həqiqətlərə son nöqtəni belə qoyur: “Son iki min il ərzində ermənilərin öz torpağı olmayıb. Onlar indi tarixin zibil qutusundan özlərinə tarix axtarmaqla uydurma “milli, tarixi torpaqlar axtarırlar”.

Bu tarixi faktlar əsasən biz inanırıq ki, artıq özünə qayıdan Azərbaycan xalqı tezliklər bu murdar etnikləri qədim Azərbaycan torpaqları olmuş İrəvan xanlığı ərazilərindən də qovub çıxaracaq, bütün ərazilərimiz özümüzə qayıdacaq.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10