Hədəf Oxucu Klubunun təşkilatçılığı ilə, aprelin 5-i saat 16:00-da tarixçi Məzahim Mustafazadənin “Führer orkestrinin son melodiyası” kitabının təqdimat və imza mərasimi keçiriləcək.
Bu kitab tarixin maraqlı, həm də bir çox fəlakətlər törətmiş şəxsiyyətlərindən biri olan Adolf Hitlerin ölümündən sonra iyirmi dörd nəfər yüksək rütbəli zabit və dövlət xadiminin həyatından və sonrakı aqibətindən bəhs edir. Bu tarixi araşdırmada həmçinin Nasistlər tərəfidən yaradılan ölüm və həbs düşərgələri haqqında ayrı-ayrılıqda maraqlı faktlar yer alıb.
Müəllif, eyni zamanda Nasist Almaniyasının altı məşhur təşkilatı barədə də məlumatlar verib. Müxtəlif mənbələrdən istifadə olunmuş kitabda, həmin illərdə çəkilmiş fotolarla hadisələr nəfis şəkildə canlandırılıb. Təqdimat kitabevim.az mağazasında baş tutacaq.