“Fürer orkestrinin son melodiyası” kitabının təqdimat mərasimi keçirildi

101 Baxış

11110818_839470869421836_2600388744113243262_oKitabevim.az mağazalar şəbəkəsində Məzahim Mustafazadənin “Fürer orkestrinin son melodiyası” kitabının təqdimetmə mərasimi keçirilib. Təqdimatda müəllifin müəllim yoldaşları, şagirdləri ilə yanaşı yazıçılar və ictimai-siyasi xadimlər də iştirak edib. Tədbiri giriş sözü ilə Hədəf Oxucu Klubunun moderatoru Odər Sərdar açıb. O, tədbir iştirakçılarına kitab haqqında məlumat verib: “Təqdimatına yığışdığımız kitab “Fürer orkestrinin son melodiyası”dır. Bu əsər 1945-ci il noyabrın 20-də başlayıb 1946-cı il oktyabrın 1-də başa çatmış “Nürnberq prosesləri”ndən bəhs bəhs edir. “Fürer orkestrinin son melodiyası” Məzahim müəllimin üç il müddətində gərgin işin nəticəsində ərsəyə gəlib”.

Daha sonra çıxış edən Məzahim Mustafazadə tədbir iştirakçılarını salamlayıb.

“Əvvəla hər kəsi salamlayıram. Hər kəsə gəldikləri üçün öz təşəkkürümü bildirirəm. Adolf Hitler haqqında indiyə qədər çox kitab yazılıb. Amma hamının yazdığı kimi yazmamağı öz qarşıma məqsəd qoymuşdum. Bu kitab Hitleri Hitler edən şəxslər haqqındadır. “Nürnberq prosesləri”ndən sonra Beynəlxalq Hüquq anlayışı yarandı. Bu hadisələr haqqında Azərbaycan dilində demək olarki, heç bir mənbə yoxdur. Ona görə də düşündüm ki, bu kitab insanlara çox faydası olacaq. “Fürer orkestrinin son melodiyası” iqtibaslarla dolu, cansıxıcı əsərdən daha çox bütün kütlənin anlayabiləcəyi dillə yazılıb. Yalnız tarixçilər üçün yox geniş ictimaiyyət üçün nəzərdə tutulub”.

Müəllifin çıxışından sonra söz Məzahim Mustafazadənin müəlliməsi, şairə Kəmalə Abiyevaya verildi. O, tələbəsinin belə bir uğura imza atmasından qürur hissi keçirdiyini bildirdi: “Mənə şagirdimin uğurunu görmək böyük sevinc verdi. Artıq Məzahim Mustafazadənin özü də müəllimdir. Məzahim mənim yaddaqalan şagirdlərimdəndir. O, gənclik illərindən çox zəhmətkeş, hədəfinə doğru can atan bir insan olub. Öz yaşından çox böyük görünürdü. Həmişə onunla dərdləşərdik. Deyirdi ki, mən kitab yazacağam. Və o güclü iradəsi hesabına istəklərinə nail ola bilir”.

11018901_839473606088229_6191865904045910951_oTarixçi Ceyhun Bayramlı da öz növbəsində müəllifi təbrik edib: “Mən Məzahimi gözəl kitab üçün təbrik edirəm. Azərbaycanda Hitler mövzusunda, o dövrün tarixi barəsində demək olarki ədəbiyyat yazılmayıb. Bu kitabla mən bütün prosesi sanki gözümün qarşısına gətirdim. Əsas məsələ odur ki, bu əsərdə müəllif  hadisələrə tam olaraq obyektiv yanaşıb”.

Məzahim Mustafazadənin müəllim yoldaşı Zöhrə xanım onun barəsindəki fikirlərini tədbir iştirakçıları ilə bölüşüb:  “Biz Məzahim müəllimlə həmkarıq. Hədəf kurslarında çiyin-çiyinə çalışırıq. O, həmişə işinə məsulliyyətlə yanaşır. Həyatınızın 3 ilini, ən gözəl çağını bu araşdırmaya vermisiniz. Çox az gənc tapılar ki, öz gənclik həyatını bu cür araşdırmalara sərf etsin.Sizə gələcək işlərində uğurlar arzu edirəm.

Məzahim müəllimin şagirdi Ərkan söz alaraq müəllimi barəsində fikirlərini bildirib: “Öz müəllimimə uğurlar arzu edirəm. Düzü kitabı hələ oxumamışam. Ancaq tezliklə oxuyacağıma söz verirəm.”

Sonda kitabın imza mərasimi keçirilib.  Tədbir iştirakçıları ““Fürer orkestrinin son melodiyası” kitabını müəllifin imzası ilə əldə ediblər.

 

 

kemale

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

teqdimat2

 

 

 

 

 

 

 

 

 

 

 

11133747_839473762754880_1797455428513086818_n

KÖŞƏ YAZARLARI
TOP 10