“Fürer orkestrinin son melodiyası”- YENİ KİTAB

100 Baxış

furer“XAN” Nəşriyyatında Məzahim Mustafazadənin “Fürer orkestrinin son melodiyası” adlı kitabı işıq üzü görüb. Bu barədə senet.az-a “XAN” nəşriyyatından xəbər veriblər.

Kitabın naşiri Müşfiq XAN, redaktoru yazıçı Cəlil Cavanşirdir.

Kitab, tarixin maraqlı, həm də bir çox fəlakətlər törətmiş şəxsiyyətlərindən biri olan Hitlerin ölümündən sonra iyirmi dörd nəfər yüksək rütbəli zabit və dövlət xadiminin həyatından və sonrakı aqibətindən bəhs edir. Bu tarixi araşdırmada,  həmçinin ölüm və həbs düşərgələri haqqında ayrı-ayrılıqda maraqlı faktlar yer alıb. Müəllif, eyni zamanda altı Nasist Almaniyasının məşhur  təşkilatı barədə də məlumatlar verib. Müxtəlif mənbələrdən istifadə olunmuş kitabda, həmin illərdə çəkilmiş fotolarla hadisələr  daha yaxşı canlandırılmağa çalışılıb.

Qiyməti 5,4 AZN olan kitabı Kitabevim.az kitab marketindən əldə edə bilərsiniz.

 

 

Senet.az

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10