Füzulinin qəzəl dünyası

15 Baxış

fizuli_konsert_211016

Noyabrın 16-da Heydər Əliyev Sarayında Məhəmməd Füzulinin qəzəl dünyası adlı konsert proqramı keçiriləcək. Senet.az saytının Sarayın mətbuat xidmətindən aldığı məlumata görə, konsert proqramında, Respublikamızın sevilən və populyar sənətkarları Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Əminə Yusifqızı, Aygün Bayramova, Gülyaz Məmmədova, Mələkxanım Əyyubova, Əməkdar artistlər Nuriyyə Hüseynova, Səbuhi İbayev, Almaz Orucova, Fərqanə Qasımova, Babək Niftəliyev, Bəyimxanım Mirzəyeva, Firuz Səxavət və tanınmış gənc müğənnilər Abgül Mirzəliyev, Sərxan Bünyadzadə, Məmməd Nəcəfov iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiz.

Bölmə : Musiqi, Sənət