Gəl, Kürşadım! – YENİ ŞEİR

32 Baxış

oktayQırx kişilik ordunla gəl,

Çadır – çadır yurdunla gəl.
Önündə Bozqurdunla gəl,
Gəl, Kürşadım!

Salam göndər yağızlara,
Qıpçaqlara, Oğuzlara.
Altaylardan Qafqazlara,
Gəl, Kürşadım!

Bir gün qəfil səhər çağı,
Köksümüzdən götür dağı.
Azad edək Qarabağı,
Gəl, Kürşadım!

Var olacaq Türkün soyu,
Qurulacaq düyün, toyu.
At çaparaq Şuşa boyu,
Gəl, Kürşadım!

Uca tut Türkün adını,
Qoru sönməyən odunu.
Xilas olsun Türk budunu,
Gəl, Kürşadım!

Kızıldan Altaya varaq,
Ordular başında duraq,
Tezliklə bir Turan quraq,
Gəl, Kürşadım!

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10