“Gəlin Birgə Oxuyaq!” Oxu Günü – FOTOLARDA

10 Baxış

18209102_560263620810945_38641638492437852_o

Senet.az xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu Günü”ndə tanınmış yazıçı və şairlər, həmçinin paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış edib.

Qeyd edək ki, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirdə nəşriyyat evi 3000-dən artıq kitabı tədbir iştirakçılarına pulsuz şəkildə paylayıb.

Senet.az “Oxu günü” ilə bağlı tədbirdən xüsusi fotolar hazırlayıb. Onları oxucularına təqdim edir.

KÖŞƏ YAZARLARI
TOP 10