Gəlin üçün alqış – TURANDAKILAR

78 Baxış

tuvaTuva türklərində gəlin köçürülərkən edilən alqış

Düzənli qurulacaq çadırlı ol qızım

Təpəni bürüyəcək mallı ol qızım

Qayalar,daşlartək ətli ol qızım

Sürülər qədər mallı ol qızım

 

Yəhərlədiyin yorğa olsun qızım

Sahib olduğun gümüş olsun qızım

Öncü atın yürüşlü olsun qızım

Yüyürənin yorğa olsun qızım

 

Ağacdələntək bəzəkli ol qızım

Kəklik kimi  dostlu ol qızım

Əl çatmayacaq qədər ağıllı ol qızım

Görülməmiş qədər çox mallı ol qızım

 

Dünya çiçəkləri kimi gözəl ol qızım

Əkiz ağac qozası kimi  yarlı ol qızım

Ağ buğa dərisindən  dolçalı ol qızım

Ağcaqayından daha çömçəli ol qızım

 

Bozqıra sığmaz ilxılı ol qızım

Tövləyə sığmaz qoyunlu ol qızım

Ovlamağı bilən oğullu ol qızım

Həlim qızlarla ol qızım
Girib çıxacaq xalqlı ol qızım

Yağlı, ballı, yeməkli ol qızım

Yararlı aşlı,yeməkli ol qızım

Yanında duracaq əqrəbalı ol qızım

 

Qənaətcil olma qızım

Çömçəylə yemək bişirmə qızım

Xəsis olma qızım

Qaşıqla yemək qoyma qızım

 

Fırtına gələrkən sığıncaqlı ol qızım

Bəla gələrkən  ehtiyatlı ol qızım

Oturub yaşayacaq saraylı ol qızım

Oddan,atəşdən Tanrılı ol qızım

 

Atalarına layiq ol qızım

Millətinlə qürur duy qızım

Düzdən keçərkən tozlu ol qızım

Dağdan keçərkən mallı ol qızım
Tıva toylarının bir başqa xüsusiyyəti isə gəlinə alqış deyilməsidir.Bu işi görmək üçün Askak Kaday (axsaq qadın) lazımdır. Uyğun olan qohumlardan birisi axsaq qadın seçilər. Axsaq qadının  əlində bez içində yulaf və balta olar. Axsaq qadın bezdəki yulafı yerə səpərək və baltayla da yerə vuraraq irəliləyər. Gəlin isə axsaq qadınn ətəyindən tutaraq ardınca gedər. Axsaq qadın balta və yulafını ən son girdiyi çadırda qoyar.

Axsaq qadın gəlini qayınatasının evinə gətirir. Qayınana bir kasaya süd dolduraraq əvvəl özü dadına baxır, sonra gəlininə ötürür. Gəlində südün dadına baxar və təkrar qayınanasına verər. Bu adət  açmanı və gəlinlə qayınanaın tanış olmasını təmin edir. Qayınatanın evində gəlin üçün alqış deyilər. Alqışı həm qadınlar həm də kişilər deyə bilər. Bəziləri çox gözəl dua və alqış edərlər, bəziləri isə bu işdə naşıdırlar. Alqış söyləmək yeni ev qurmuş gənclərə oğullu-qızlı varlıqlı sağlıqlı həyat arzulamaqdır. Tıvada alqış olmayan toy olmaz

Prof.dr. Əkrəm Arıqoğlu

Xalq ədəbiyyatı növü olaraq alqışlar; xalqın mifoloji, günlük həyatını, xeyir və şər haqqındakı duyğu və düşüncələrini, gözəllik və çirkinlik anlayışlarını, xəstəlik və xəstəlik səbəblərini, bunların çarə üsullarını ,təbiət-insan münasibətlərini, göy, yer atalar kultu kimi xalq bilgisinin müxtəlif  yönlərini  dua və diləklər vasitəsilə özündə ehtiva edən və bəzən təbii halları qorunaraq bəzən də yeni mədəni ünsürlər ilə çulğalaşaraq gələcək nəsillərə ötürülən mədəniyyət nümunələridir. Alqış kəlməsinin təməlini dualar təşkil edir. Türk sözlü mədəniyyət nümunələri içərisində mühüm yer tutmaqdadır. Alqışlar daha çox bir yalvarış şəklində, qədirbilənliyin göstəricisi olaraq bir arzu etmək və ya edilmiş bir yaxşılığa qarşılıq yaxşılıq istəməkdir. Bunun əksi isə bəddua(qarğış) kimi də ifadə edilə bilər.

 

Enver Kapağan

Azərbaycan türkçəsinə uyğunlaşdırdı: Qəhrəman Qəhrəmanlı

 

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10