Gənc cazmen Fransada çıxış edib

13 Baxış

elchinAzərbaycanlı cazmen Elçin Şirinov Parisin “Sunside” konsert salonunda fransız tamaşaçıları qarşısında çıxış edib. Senet.az xəbər verir ki, konsertin təşkilatçısı Azərbaycanın Fransadakı səfirliyidir. 

Cazmen Azərbaycan bəstəkarları ilə bərabər, Avropa bəstəkarlarının əsərlərini də ifa edib. Konsertdə onu kontrabasda Andrea Di Biase və zərb alətlərində Dave Hamblette müşayiət ediblər.

Qeyd edək ki, Elçin Şirinovun ifasını tamaşaçılar yüksək qiymətləndiriblər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10