Gənc istedadlar mükafatlandırılacaq

14 Baxış

sorginda

İyunun 30-da “Natavan gallery” sərgi salonunda “İstedad sorağında” layihəsi çərçivəsində gənc istedadlı rəssam və fotoqrafların sərgisi açılacaq.

Layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, gənc istedadlı rəssamların, dizayner və heykəltəraşların tapılıb üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən, gələcəkdə ölkəmizi təmsil etmək üçün potensial incəsənət xadimlərinin üzə çıxarılmasından ibarətdir.

Sərgidə rəssamlıq və heykəltəraşlıq istedadı olan, lakin bu sahə üzrə təhsil almayan gənclərin müxtəlif mövzu və materiallardan hazırlanmış müasir incəsənət əsərləri nümayiş olunacaq. Bu gənclərin tapılıb üzə çıxarılması üçün ilk növbədə ali və orta təhsil müəssisələrində sorğular keçirilib. Sonra istedadlı gənclərimizin əsərləri toplanaraq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Seçilmiş əsərlər sərgidə təqdim ediləcək. İlk 3 yerin sahibinə isə diplom və hədiyyələr veriləcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10