Gənc müğənnini axtaran avara boksçu – YENİ LAYİHƏ

78 Baxış

cinayetmasasiSenet.az ədəbiyyat və sənət dərgisində yeni layihə – “CİNAYƏT MASASI”

Məzmun və məqsəd: Xəfiyyə ədəbiyyatı, detektiv janrda film və əsərlərin təhlili və təqdimatı, oxuculara tanıdılması, real cinayət hadisələrinin ustalıqla çözülməsi sirləri, yeni detektiv hekayələr, janrın dünyaca məhşur imzaları haqqında bilmədikləriniz…

Gənc müğənnini axtaran avara boksçu

 Cinayət masası № 1

David Fulmerin “Mavi qapı” romanı

Ən yaxşı detektiv roman müəlliflərinə verilən “Shamus” Mükafatlı David Fulmerin “Mavi qapı”sı sanki insanın ürəyində atan qızdırmalı bir gərginlik romanıdır…

Rinqdən ayrılmaq məcburiyyətində qalan Eddie Cero, təsadüfən maraqlı bir təklif alır: xüsusi dedektivlik. Bu peşəni heç vaxt ağlına belə gətirməsə də, Eddienin pula ehtiyacı olduğuna görə məcbur qalaraq təklifi qəbul edir. Onun üçün əhəmiyyətsiz hadisələri həll etməyə çalışarkən əsl maraq etdiyi bir sirrin arxasına düşməyə qərar verir.

Həddən artıq pərəstişkarı olduğu bir musiqi qrupunun baş solisti illər əvvəl gözlənilmədən yoxa çıxmışdı. Hələ də onunla bağlı heç bir məlumat yoxdur. Bu mövzuda kömək ala biləcəyi tək adam isə müğənninin istedadlı bacısı Valeriedır. Lakin Valerienın onu xəyanət, intriqa, güc və ehtiras dolu azğın bir hekayənin içinə çəkəcəyindən xəbərsizdir…

“Həqiqətən yaxşı bir detektiv roman, 60-ların Philedelphia”sında bir avara boksçu gənc Soul müğənnisinin yox olmasını araşdırmağa başlayır… Çox müvəffəqiyyətli!”

The Atlanta Journal & Constitution

“Fulmer bütün lazım olanları bizə təqdim edir: Cəsur xarakterlər, güclü bir mövzu və tarixi əlaqələr …”

The Critical Mystery Tour

“Shamus mükafatlı yazar Fulmerdən ovsunlayıcı bir musiqi və cinayət romanı.”

Publishers Weekly

“Obrazlar və arxa plan bu kitabı zirvəyə daşıyır.”

Ellery Queen Mystery Magazine

“Ən yaxşı hissəsi… Fulmerin şahanə bir şəkildə görməyi, hiss etməyi, toxunmağı önə çıxaran üslubu… Bu hekayə çox fərqli bir zaman intervalında var olmuş, çox xüsusi bir dünyanın möhtəşəm bir təqdimatıdır. “

The Times Picayune (New Orleans)

“Məkanlar o cür həqiqi ki, az qala musiqisini duymaq mümkündür. Fulmerin üslubu yeni və incəliklidir. Hadisə hissələri də roman qədər dəqiq və səlisdir. Qəhrəmanların xarakterləri yalnız bir neçə sözlə və çox gözəl təsvir olunmuşdur. “

Detroit Free Press

“1962-ci ilin Philedelphiası “Mavi qapı”nın arxa planını yaradır və bu bir Fulmer kitabı olduğundan həyəcanın sanki səni heç tərk etməyəcəyini düşünərsən.”

The Times – Picayune

“Əgər sirrli bir detektiv romanın içində itmək istəyirsinizsə, çox uzağa getməyin…”

Los Angeles Times

Cinayət masası № 2-də:

Robert Turnerin “Xəyanət” romanı. New York Times Bestseller siyahısına düşmüş fransız detektivi. “Sığortadan pul almaq üçün arvadınızı öldürərdinizmi?”

 

Hazırladı: Müşfiq XAN

 

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10