Gürcüstan Parlamentinin Milli Kitabxanasında azərbaycanlı gənc rəssam Rasim Həsənovun rəsm əsərlərinin sərgisi açılıb. Bu barədə Senet.az-a açıqlamasında rəssamın özü məlumat verib.
“Xeyir və şər” adlı sərgidə rəssamın 19 əsəri nümayiş etdirilib.
Sərgidə rəssamın 19 rəsm əsəri nümayiş etdirilir. Bu əsərlərdə xeyirlə şərin mübarizəsi, insanların bu mübarizədəki çaşqınlığı, mövqeyi və düşüncələri əksini tapıb.
R.Həsənov deyib: “Bu gün insanlar sanki çaşqınlıq içərisindədirlər. Bəzən xeyirlə şərin bir-birini üstələməsi onları çətin vəziyyətə salır. Çalışmışam ki, əsərlərimlə insanlara bu mübarizədə xeyrin yerini, üstünlüyünü çatdırım”.