Gənc rəssamın sərgisi keçiriləcək

50 Baxış

konukNoyabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Ülkər Zeynalovanın “Ülkərin könül dünyası” adlı fərdi rəsm sərgisi açılacaq. Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq sərgidə gənc fırça ustasının 200-dək əsəri nümayiş olunacaq.

Sərgiyə təqdim olunan sənət əsərlərində Azərbaycan təbiəti, adət-ənənələrə bağlılıq, mənzərə, güllər, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb. Həmçinin sərgidə rəngkarlıq, yağlı boya, akvarel, qrafika və tətbiqi incəsənətə aid olan müxtəlif mövzulu portretlər nümayiş olunacaq.

Sərgi noyabrın 9-dək davam edəcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10