Gənc rəssamların birgə sərgisi

0 Baxış

1530311653415449625_1000x669

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Retro Holdinqin dəstəyi ilə iyulun 7-də Xətai Sənət Mərkəzində “Təcəssüm (Kaat’ı sənəti və rəssamlıq)” çərçivəsində İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin fərdi sərgisi keçiriləcək.

Nazirlikdən Senet.az-a bildirilib ki, bu türk və azərbaycanlı rəssamların birgə sərgisidir.

İnci Aksunun 2011-2017-ci illər ərzində 5 dəfə fərdi sərgisi olub və o, əsərlərini Bakıda ilk dəfə nümayiş etdirəcək. Nicat Muxtarlının Bakıda və İzmirdə bir çox sərgiləri keçirilib. Aysel Günəş musiqi təhsili alsa da, 2016-cı ildən daha çox rəssamlıqla məşğul olur.

Sərgiyə giriş sərbəstdir.