Gənc şair 100 il sonranın romanını yazıb

44 Baxış

shair

Gənc şair Elçin Aslangil 100 il sonra yayımlamaq üçün roman yazıb.

Bu barədə Senet.az-a açıqlamasında müəllifin özü məlumat verib: “Hazırda bir roman üzərində çalışıram. Bu romanı məhz 100 il sonra çap etdirəcəyəm. Elə əsərin adı da “Yüz il sonra” adlanır. Romanın hüquqlarını 20 il sonra qızım Dilbərə həvalə edəcəyəm. O, da öz növbəsində övladına ötürəcək. Nəhayət 100 il sonra bu kitab çap olunacaq”.

Elçin Aslangil romanın sujeti ilə bağlı heç bir məlumat vermək istəməyib: “Çap olunana qədər, romanın nədən bəhs etdiyi sirr olaraq qalacaq. Sadəcə bunu deyə bilərəm, əsər yüz il sonranın insanları üçün həqiqətən maraqlı olacaq”.

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10