Gənc şair Emin Piri də Senet.az-ın “SİQARETƏ YOX!” aksiyası üçün çağırışına qoşuldu:
15 sentyabr “Bilik günüdür”. Senet.az-ın 15 sentyabrla bağlı keçirdiyi “SİQARETƏ YOX!” kampaniyasına qoşuluram. Sağlam gələcək, sağlam mühit naminə, bu gündən etibarən siqareti atıram. Bu günə kimi siqaret çəkmişəm və həmişə də bunun ziyanını görmüşəm. Bizdə belə bir fikir var ki, yazıçı gərək içsin, çəksin. Bu da istər-istəməz qıraqdan baxanda miskin görüntü yaradır. Odur ki, həm sağlamlığım, həm də bu streotipi qırmaq üçün “SİQARETƏ YOX”! deyirəm. Hər kəsi də bu kampaniyaya qoşulmağa çağırıram. Çünki siqaretdən imtina etməklə siz, təkcə özünüzün yox, bütün cəmiyyətin sağlamlığının da qeydinə qalmış olursunuz.
Müşfiq XAN-ın “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı
Elxan Nəcəfovun “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı