Gənc Tamaşaçılar Teatrı 49 nömrəli məktəbin qonağı oldu

27 Baxış

11025920_1059879364027803_2590159523394741355_oAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti 49 nömrəli «İntellekt» məktəb-liseyinin qonağı olub. Məktəbin müəllim və şagird heyətinin Azərbaycan Milli Peşəkar Teatrının 142-ci ildönümü münasibətilə hazırladığı tədbirdə Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Əməkdar Mədəniyyət İşçisi, teatrın baş redaktoru Səriyyə İsmayılova, aktyorlar İlham Əsədov, Müşfiq Əliyev, Anar Seyfullayev iştirak ediblər. Giriş sözü ilə məktəbin şagirdləri çıxış edərək teatr haqqında biliklərini bölüşüblər.

Şagirdlər məktəbin akt zalında Azərbaycanın korifey aktyorlarının fotolarından ibarət hazırladıqları sərgi, «Arşın mal alan», «Meyvələrin söhbəti», «Vaqif», «Kərpickəsən qocanın nağılı» və digər əsərlərdən ifa etdikləri parçalarla teatr kollektivini özünəməxsus şəkildə təbrik ediblər.

Məktəb  – liseyin direktoru Təhminə Əsədova və Səriyyə İsmayılova çıxış edərək teatr kollektivinə, müəllim və şagirdlərə öz minnətdarlıqlarını bildiriblər.

Sonda teatrın aktyoru İlham Əsədov şagirdlərin müşaiyəti ilə «Azərbaycan» mahnısını səsləndirilib.

Teatrın mətbuat xidməti

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10