Gənc Tamaşaçılar Teatrı həftəsonu repertuarı

12 Baxış

15193001611990863562_1000x669

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu fərqli repertuarla tamaşaçıların görüşünə gələcək.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, sənət ocağının tamaşaçıları fevralın 23-də saat 15:00-da Ə.Əmirlinin “MSS”, axşam saat 19:00-da T.Vəliyevanın “Cəza” , fevralın 24-də saat 12:00 və 14:00-da Azərbaycan Xalq nağılı “Məlikməmməd”, axşam 19:00-da isə Xalq Yazıçısı İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşalarını izləyə biləcəklər. Bununla yanaşı, fevralın 25-də saat 12:00 və 14:00-da C.Sviftin “Qulliver cırtdanlar ölkəsində” tamaşası, axşam 19:00-da isə S.Elsevərin Xocalı faciəsinə həsr olunmuş “Arzu və Murad” tamaşaları nümayiş ediləcək .

Fevralın 26-da isə teatrın səhnəsində Şuşa Dövlət Musiqili Teatrının yaradıcı heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Əsgər papağı” tamaşasını təqdim edəcək.