Gənc Tamaşaçılar Teatrı həftəsonu tamaşaçıları

5 Baxış

15126094955515650280_1000x669

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tamaşaçıları üçün həftəsonu maraqlı repertuar tərtib edib.

Teatrdan Senet.az-a bildirilib ki, sənət ocağının yaradıcı kollektivi dekabrın 9-da “Dörd əkizin nağılı”, dekabrın 10-da isə “Çəkməli pişik” səhnə əsərlərini azyaşlı tamaşaçılarına təqdim edəcək. Uşaqlar səhnə əsərlərini müvafiq olaraq saat 12:00 və 14:00-da izləyə biləcəklər.

Bununla yanaşı, teatrın axşam tamaşaları da zəngin və rəngarəngdir. Belə ki, dekabrın 9-10-da sənət ocağının səhnəsində “Aydın” və “Şeyx Sənan” tamaşaları göstəriləcək.

Səhnə əsərlərində Əməkdar artistlər Leyli Vəliyeva, Vahid Əliyev, Elşən Rüstəmov, Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Nübar Novruzova, Rasim Cəfər, aktyorlar Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Asya Atakişiyeva, Elnur Hüseynov və digərləri çıxış edəcəklər.

Biletləri şəhərin bütün kassalarından (tiket.az-a daxil olmaqla onlayn vasitəsi ilə də sifariş edə bilərsiniz) və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.

KÖŞƏ YAZARLARI
TOP 10