Gənc Tamaşaçılar Teatrı mövsümə “Yarımçıq qalmış”la yekun vurdu

5 Baxış

1498729558636261774_1000x669

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün son böyük tamaşası göstərilib.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, mahnıların ifaçısı Çinarə Məlikzadədir.

Birhissəli psixoloji dramda obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu və başqaları canlandırıblar.

Bununla da teatr özünün 89-cu teatr mövsümünə yekun vurub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni premyeraları, layihə və tədbirləri ilə 90-cı yubiley mövsümündə də izləyicilərini sevindirməyə davam edəcək.

KÖŞƏ YAZARLARI
TOP 10