Gənc Tamaşaçılar Teatrında yeni tamaşa – “Sonluğun sonu”

53 Baxış

OLYMPUS DIGITAL CAMERAAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində “Sonluğun sonu” adlı yeni tamaşa nümayiş etdiriləcək.

Psixoloji dram janrında hazırlanan mono-tamaşanın müəllifi mərhum dramaturq Rövşən Ağayevdir.  Yeni səhnə əsərinin quruluşçu rejissorları Nofəl Vəliyev və Güşvər Şərifovadır. Səhnə tərtibatı Zəminə Elbirə, musiqi tərtibatı İradə Muradovaya, işıq effektləri isə Vadim Kuskova və Rafael Xəlilova aiddir.

İfaçısı teatrın aktrisası Güşvər Şərifova olan tamaşada tənha, qoca və xəstə qadının birgünlük yaşam tərzinin vizual görüntüsü, onun acı etirafları aktrisanın ifasında tamaşaçıya inandırıcı ştrixlər, olduqca maraqlı tərzdə çatdırılır.

Xatırladaq ki, kiçik səhnə üçün hazırlanan tamaşalar yerli tamaşaçılarla bərabər, müxtəlif beynəlxalq teatr festivalları və teatr yarışmalarında nümayiş etdirilmək üçün nəzərdə tutulub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10