Gənc Tamaşaçılar Teatrının aktyoru festivalda qalib oldu

43 Baxış

Axeyalzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Xəyal Salahov “Bakı Oskarı qısametrajlı filmlər” Festivalının qalibi olub.

Senet.az xəbər verir ki,  aktyor Qarabağ şəhidlərinin əziz xatirəsində həsr olunmuş “Məriz” qısametrajlı filmində canlandırdığı rola görə festivalın “Ən yaxşı aktyor” nominasiyası ilə mükafatlandırılıb.

Gənc rejissor Elvin Abdullayevin quruluş verdiyi 11 dəqiqəlik film Qarabağ hadisələrinin 13 yaşlı Qeyrət adlı gəncin yaddaşında buraxdığı ağır psixoloji təsirindən bəhs edir.

Ümumilikdə 29 filmin daxil edildiyi festivalın əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək, özünü bu sahədə sınamaq istəyən, istedadlı olduğuna inanan gənclərə dəstək olmaq, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaq və stimullaşdırmaqdan ibarətdir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10