Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı

12 Baxış

1523058670386578249_1000x669

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, teatrın kollektivi aprelin 7-8-də altı səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək. Həmişə olduğu kimi, bu həftə də teatrın repertuarı həm məktəblilər, həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, aprelin 7-si saat 12:00 və 14:00-da H.K.Andersenin “Çirkin ördək balası”, 8-i isə eyni saatlarda A.Lindqrenin “Uzuncorab Peppi” tamaşaları nümayiş etdiriləcək.

Teatrın axşam repertuarında aprelin 7-də saat 19:00-da U.Şekspir “Romeo və Cülyetta” (ingilis dilində titrlərlə), aprelin 8-i eyni saatda Ə.Əmirlinin “Hasarın o üzü” tamaşaları nümayiş olunacaq.

Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə əsərlərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, Əməkdar artistlər Nofəl Vəliyev, Naibə Allahverdiyeva, aktyorlar Mirzə Ağa Mirzəyev, Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcək.

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10